Le Caucase Illustre (; ) — 1889–1892 və 1899–1902-ci illərdə Tiflisdə fransız dilində çıxan aylıq jurnal. Jurnalın redaktoru Jül Muryer olmuşdur. İlk sayı 1889-cu ilin avqustunda nəşr olunan, zəngin illüstrasiyalarla zənginləşdirilmiş jurnalda Qafqaz xalqlarının həyat və tarixi, ədəbiyyatı və incəsənətindən bəhs edilmişdir. Jurnalda Sulxan-Saba Orbelianinin, İlya Çavçavadzenin, Yakob Qogebaşvilinin, Qabriel Sundukyanın və başqa müəlliflərin əsərlərinin fransız dilinə tərcümələri nəşr edilmişdir.
Jurnalda Tiflis muzeyi, gürcü teatrı, gürcü teatr aktyorları, Qafqazda müqəddəs zərgərlik, Qafqaz növləri, geyimləri, mebeli, dekorativ sənəti və s. kimi bölmələr var idi.
Tarixi Muryen 1889-cu ildə Qafqaz Senzura Komitəsinə yeni fransızdilli jurnalın nəşri üçün icazə məktubu göndərir. Senzura Komitəsi onun müraciətinə müsbət cavab verrir və beləliklə 1889-cu ilin avqustunda jurnalın ilk nömrəsi çıxır. Bu aylıq jurnala Rusiya imperiyasının bütün ərazisində, eləcə də xaricdə abunə olmaq mümkün idi.
1892–1899-cu illər arasında Muryen xaricə getdiyi üçün qəzetin nəşri dayandırılıb. 21 may 1904-cü il tarixdə isə jurnalın nəşri rəsmi olaraq dayandırılıb. İstinadlar
Əlavə ədəbiyyat
Xarici istinadlar Jurnalın Gürcüstan Milli Arxivində yerləşən elektron nüsxələri Kateqoriya:Fransız dilində jurnallar