Zamiq Əliyev () — Azərbaycanlı futbolçu. Eqnatiya futbol klubunda və Azərbaycan milli komandasında mərkəz müdafiəçisi kimi çıxış edir.
Karyerası
Klub Zamiq Əliyev futbola Qarabağ klubunun uşaq məktəbində başlayıb. "Qarabağ"ın yetirməsi olan futbolçu 2020-ci ildə klubun əsas heyətinə dəvət edilir. Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2020/21 mövsümündə dəfələrlə adı "Qarabağ"ın iştirak ərizəsinə salınsada meydana çıxmır. 2021/22 mövsümünün UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod" klubu ilə oyunlar üçün iştirak ərizəsinə adı daxil edilir. Daha sonra "Konfrans Liqası"nın qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın ehtiyat 5 nəfərlik heyətinə futbolçunun da adı daxil edilir.
Onun "Qarabağ" klubunun heyətində debütü, 2022-ci il mayın 15-də Azərbaycan Premyer Liqasında "Qarabağ"ın Səbail klubu ilə oyununda baş tutur.
2 iyul 2022-ci ildə futbolçu Kəpəz klubuna icarəyə verilir. Onun "Kəpəz" klubunda debütü 5 avqust 2022-ci ildə, Azərbaycan Premyer Liqasında baş tutmuş "Kəpəz" — Zirə oyununda baş tutur.
24 iyul 2023-cü ildə azad agent kimi "Araz-Naxçıvan" klubu ilə müqavilə imzalayır. Zamiq Əliyevin "Araz-Naxçıvan" klubunda debütü 4 avqust 2023-cü ildə, "Azərbaycan Premyer Liqası"nda baş tutmuş "Araz-Naxçıvan" — Turan Tovuz oyununda baş tutur.
10 iyun 2024-cü ildə Albaniyanın Eqnatiya klubuna keçir.
Milli komanda Zamiq Əliyev milli komandalara ilk dəfə 2017-ci ilin aprelində dəvət edilib. Onun milli komandalara ilk dəvəti, 2017-ci il aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil edilmiş UEFA İnkişaf turnirində iştirak edən "Azərbaycan U17 milli komandası"na olub.
19 noyabr 2024-cü ildə, Azərbaycan milli komandasının İsveç milli komandası ilə baş tutmuş oyunda meydana çıxaraq, Azərbaycan milli komandasında debüt edir.
İstinadlar
Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Eqnatiya FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular