Universal əsgər 4: Məhşər günü 3D (Universal Soldier 4: Day of Reckoning 3D) — Con Hyamsın rejissorluğu ilə 2012-ci ildə çəkilmiş olan Amerika döyüş filmidir.

Film ilk dəfə 30 noyabr 2012-ci ildə nümayiş olunmuşdur.

Süjet xətti

Seriyanın üçüncü filmində sağ qalan əsgərlər Luk Deveruks (Jan-Klod Van Damm) və Endryu Skot (Dolf Lundqren) "Universal əsgərlər" tərəfindən idarə edilən yeni nizam üçün mübarizə aparmalıdırlar. Öz aralarındakı zəifləri aradan qaldırmaq üçün ölüm-dirim döyüşləri təşkil edirlər. Luk hökumət tərəfindən casus kimi istifadə edilən Universal əsgərləri bir araya gətirən bir kilsə yaratmışdır. Onun əsas məqsədi isə “Universal əsgərlər”in beyinlərinə həkk olunmuş olan uydurma xatirələri silmək və hökumətin hiylələrini üzə çıxardaraq “Universal əsgərlər”i azad etməkdir.Lakin Con (Skott Adkins) Lukun onu öz komandasına cəlb etmək cəhdlərinə müqavimət göstərir. Luk Conu xatirələrinin saxta olduğuna inandırmağa cəhd etsə də, bu onda alınmır. Conun yalançı xatirələrini silmək istəyən Luk və onun komandası Conun evinə basqın edərək onu komaya düşənə qədər döyürlər. Lakin hücum zamanı Conun arvadı öldürülür və bunun şahidi olan Con hücumun arxasında Lukun olduğunu başa düşür.Con xəstəxanada komadan çıxanda artıq yaddaşını itirmişdi. Özünü itirdiyini hiss edən Con həyatının hissələrini bir araya gətirməkdə çətinlik çəkir. Yaddaşı yavaş-yavaş bərpa olunduqca, o, sevimli həyat yoldaşı və qızının qatilini xatırlayır və ailəsinin intiqamını Lukdan almaq üçün hərəkətə keçir. Meşəlik ərazidə Lukun kiçik ordusunu axtarmağa başlayan Con, nəhayət Luku tapır. Lakin Luk onu inandırmağa çalışır ki, əslində onun ailəsi yoxdur və sadəcə olaraq hər şey onun beyninə əvvəlcədən yerləşdirilib. Con Luka inanmaqdan imtina edir və bununla da yalnız bir Universal əsgərin sağ qalacağı mübarizə başlayır. Universal əsgər seriyasının dördüncü filmi rejissoru Jan-Klod Van Damm (The Expendables 2, Kung Fu Panda 2, Universal Soldier), Dolf Lundqren (The Expendables 2, Universal Soldier), Skott Adkins (Undisputed III: Redemption, Assassination Games), Andrey Arlovski (keçmiş UFC Ağırçəkili Çempionu, Universal Soldier: Regeneration) və rejissor Con Hyamsı (Universal Soldier: Regeneration, Rank sənədli filmi, The Smashing Machine sənədli filmi, “NYPD Blue” seriyalı) yenidən birləşdirmişdir. Filmdə həmçinin Mariah Bonner (The Social Network) rol almışdır.

Rejissorun fikirləri

“Film sirr, hərəkət, psixoloji gərginlik və yaddaş itkisinin vəhdətidir. Film “Universal əsgər” seriyasını tam fərqli bir prizmadan, “Unisols”un gözü ilə başa salır. Serianın əvvəlki filmi Luk Deveruksun yoxa çıxması və Unisol texnologiyasının hələ də klounlaşdırma və gen mühəndisliyi üsullarından istifadə edərək ölən əsgərləri yenidən həyata qaytararaq onları döyüş maşınlarına çevirməsi həqiqəti ilə başa çatmışdır. Bu filmdəki hadisələr də özündən əvvəlki filmlərə oxşar olan bir kainatda baş versə də, eyni zamanda da, Unisol texnologiyasının daha yüksək səviyyədə olduğu bir dövrdə baş verir”.

Aktyor heyəti

Skot Edkins .... Con Maria Bonner... Sara Jan-Klod Van Damm ... Luk Deveruks Dolf Lundqren .... Serjant Endryu Skott Andrey Arlovski .... Maqnus Toni Cerau.... Fədai Kriq Valker.... Erl Endryu Sikkinq... Larri Ceyms Dumont... Dr. Bredi Devid Censen.... Dr. Su Audrey P. Skott... Emma Rus Blakvel... Agent Qorman Deyn Rodos.... Ron Kastellano Susan Mansur.... Madam Kristofer Van Varenberq.... Miles Siqal Daymant... Klaudia Yuli Erikson .... Qadın Mişel Cons.... Ketrin Roy Cons .... Mess Hall Unisol Dastin Teylor.... Müşahidəçi

İstinadlar Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Neonuar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ Ordusu haqqında filmlər Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Məişət zorakılığı haqqında filmlər Kateqoriya:2012-ci ilin döyüş filmləri Kateqoriya:Amneziya haqqında filmlər