Tuğçe Kandemir (d. 23 fevral 1996) — Türkiyə müğənni-söz yazarı və ədəbiyyat müəllimi.

O, sevgi və kədər ilə bağlı mahnıları ilə tanınır. O, 8 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Mersin Universitetini ədəbiyyat müəllimi kimi bitirib. O, təyinat gözləyərkən yaşadığı ayrılıq ağrısından sonra ifadə etdiyi "Bu Benim Öyküm" mahnısı internetdə yayıldıqdan sonra məşhurlaşıb. Bundan sonra bir prodüser şirkəti ilə müqavilə bağlamış və mahnıya klip çəkilmişdir. "Bu Benim Öyküm" 100 milyon baxışa çatmış və ilin "ən yaxşı mahnısı" olmuşdur. Daha sonra ifa etdiyi "Gülü Soldurmam", "Yalan" və "İçimdeki Sen" (Bilal Sonses ilə birlikdə ifa edib) mahnıları da 100 milyon baxış sayını keçmişdir. platformasının "Üniversdeli" serialında qonaq rol almışdır.

Şəxsi həyatı Atası dövlət qulluqçusu, anası isə evdar qadındır. İki uşaqlı bir ailənin kiçik övladıdır. Anası tərəfdən Kırıkkale, atası tərəfdən Samsunludur.

Sənətçi 2023-cü ildə Abdullah Karatay ilə evlənmişdir. Cütlüyün 2024 təvəllüdlü Dəmir adında bir oğlu var.

Diskoqrafiya Sinqllar "Bu Benim Öyküm" (2018) "Yanlış" (2018) "İçimdeki Sen" ( ilə) (2018) "Gülü Soldurmam" (2019) "Yelkovan" (2019) "Yağmur" (2019) "El-Âlem" (2020) "Açıldı Kapılar" (Roni Can Durmus ilə) (2020) "Kurban Olduğum" (2020) "Kördüğüm" (Özkan Meydan və Alican Özbuğutu ilə) (2020) "Ne Güzel Yaratmış" (2020) "Seni Öptüğüm Sokak" ( ilə) (2021) "Ah Ellerim Kırılaydı" (2021) "İğdeli Yar (Remix)" (2021) "Kahverengi Gözlerin" (Sevda Yüklü Şarkılar) (2021) "Sakın Ola" (2021) "Saçlarıma Yıldız Takana" (2022) "Anlı Şanlı" (2022) "Saf Kalbim" (2022) "Kaybet" (2022) "Kapattum Yureğumi" ( ilə) (2022) "Kardan Çiçekler" (Pınar Süer ilə) (2022) "Yana Yana" (2023) "Sonbahar" (2023) "Kalbim Kırgın" (Bedo ilə) (2023) "Evlenelim mi Sevgilim" (2024) "Aradan Çok Yıllar Geçti" (2024) "İhanetten Geri Kalan" (Anıl Şallıel ilə) (2024) "Açıldı Kapılar" (2024)

Mükafatlar və namizədliklər İlMükafatKateqoriyaNamizədNəticə2018Magazinn.com Medya ve Sanat Ödülleriİlin ən yaxşı debüt sənətçisi"Bu Benim Öyküm"2019Fizy Müzik Mükafatlarıİlin ən çox dinlənilən dueti"İçimdeki Sen"2020Gold Faces Of Turkeyİlin aranjiman mahnısı"Kurban Olduğum"2020Life & Beatuy Mükafatlarıİlin mahnısı"Kördüğüm"202147-ci Qızıl Kəpənək mükafatıƏn yaxşı qadın müğənniÖzü

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr qadın müğənniləri Kateqoriya:XXI əsr Türkiyə müğənniləri Kateqoriya:Türkiyənin söz yazıçıları Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri