Qunib () — Dağıstanda kənd, Qunib rayonunun inzibati mərkəzi.

Tərkibində yeganə yaşayış məntəqəsi Qunib kəndi olan Qunib kənd inzibati ərazi dairəsini təşkil edir.

Coğrafi mövqeyi Qunib Mahaçqaladan 172 km cənub-qərbdə, təxminən 1500 m yüksəklikdə, Qunib yaylasında yerləşir.

Tarixi thumb|300x300px| Günib xarabalıqda. 19-cu əsr fotoşəkili. Kənd 1862-ci ildə rus hərbi istehkamının tikintisi ilə əlaqədar yaranmışdır. İstehkam yaylanın zirvəsində yerləşən və 1859-cu ildə dağıdılmış keçmiş Qunib kəndinin (avarca Quni-meer — daş yığını) adı ilə adlandırılmışdır. İstehkam Qunib rayonunun mərkəzi idi. 1895-ci ildə burada Samur alayının və Terek-Dağıstan qalası artilleriyaçılarının kazarmaları, habelə dövlət qulluqçuları, tacirlər və istefada olan hərbçilərin 29 evi, pravoslav kilsəsi və poçt məntəqəsi yerləşirdiПамятная книжка Дагестанской области. 1985. left|thumb| 1900-cü illərdə Qunib kəndi

Keçmiş Qunib kəndi Şeyx Şamilin alınmaz qalası idi və 25 avqust 1859-cu ildə ruslar tərəfindən ələ keçirilmişdi.

1928–1937-ci illərdə və 1963-cü ildən eyniadlı rayonun inzibati mərkəzidir.

1986-cı ildə Qunibdə Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş və Rəsul Həmzətovun "Durnalar" şeirinə ithafən adlandırılmış "Ağ durnalar" abidəsinin açılışı oldu.

Əhalisi 1897-ci ilin hesablamalarına görə, qalada 685 nəfər yaşayırdı, onlardan: ruslar — 35,9%, avarlar — 12,3%, yəhudilər — 4,3%, qumıqlar — 2,3%, tatarlar — 1,3%. 2010-cu il siyahıyaalmasına əsasən kənddə 2271 nəfər yaşayırdı. Monoetnik (99,1%) avar kəndidir.

Qalereya

İstinadlar

Xarici keçidlər

www.hrono.ru: Взятие аула Гуниб. Kateqoriya:Qunib rayonunun yaşayış məntəqələri