Con Çempion () — tanınmış ingilis futbol şərhçisi.
Erkən illəri Jonathan Martin Champion 23 may 1965-ci ildə Qərbi Yorkshire, Harrogate şəhərində anadan olmuşdur.
Karyerası
BBC Sport Çempion 1980-ci illərin sonlarında BBC Sporta qoşulmuş və 1992–1996-cı illər arasında "BBC Radio Five Live"də futbol şərhçisi kimi çalışmışdır. O, bu müddətdə Alan Qrin, Mayk İnqham, Ron Cons, Rob Hauthorn və Conatan Leqard ilə birlikdə İngiltərə Premyer Liqasını, bir sıra İngiltərə futbol matçlarını şərh etmişdir.
1995-ci ildə Çempionun BBC-dəki karyerasını yüksəltməsi üçün fürsət yarandı. Con Motson üç aylıq məzuniyyətə çıxdı və Çempion "Match of the Day"-də şərhçi kimi onu əvəz etdi. Kifayət qədər uğurlu oldu və növbəti mövsümdən etibarən o tamamilə TV-nin heyətinə keçdi.
1998 FİFA Dünya Kuboku oyunlarını şərh edib.
Digər Çempion "Pro Evolution Soccer" seriyasında 2008-ci ildən 2015-ci ilə qədər şərhçi olmuşdur. Pro Evolution Soccer 2016-da isə Piter Druri tərəfindən əvəz olunmuşdur.
İstinadlar
Kateqoriya:Futbol şərhçiləri Kateqoriya:Futbol jurnalistləri Kateqoriya:İngiltərə futbol şərhçiləri