Abbadie Qalası (fr. Château d'Abbadie) — Fransada neoqotik Qala (şato). Qala Atlantik Pireney departamentinin Hendaye şəhəri yaxınlığında yerləşir.

1864–1879-cu illər arasında tikilmiş malikanə, sahibi etnoloq, coğrafiyaşünas, elm adamı, kəşfiyyatçı və mistik Antoine Tomson d'Abbadi üçün xarakterik olan bir çox sirli xüsusiyyətləri özündə cəmləşdirir.

Qalanın zəngin elmi və arxiv kolleksiyaları XIX əsrin əhəmiyyətli mədəni irsini təmsil edir.

Arxitekturası Binanın xarici memarlığı İrlandiya qotikası üslubunda hazırlanmışdır. O, 3 genişləndirmənin başladığı mərkəzi binadan (kvadrat qüllə) ibarətdir:

Qəbul üçün nəzərdə tutulmuş və dairəvi qüllə ilə bitən cənub qanadı Şərq qanadı Rəsədxana şimal-qərb hissəsində yerləşir. Kiçik kvadrat qüllə tərəfdən keçmək olur (45° bucaq altında).

Giriş qapısı cənub-şərq tərəfdə yerləşir və böyük bir salona aparır.

Mərkəzi binada (şimal tərəfdə) birinci mərtəbədə Fəxri Palata, yuxarı mərtəbədə isə kitabxana yerləşir.

Birinci mərtəbədə yeməkxana və böyük qonaq otağı, yuxarıda (qərb tərəfdə) Efiopiya zalı, Yerusəlim zalı və böyük zal var.

Evin şərq qanadında Ərəb salonu var.

Qallereyası

Dekorasiyaları və yazıları Qala XIX-cu əsrin sonlarında çox dəbdə olan və romantizm toxunuşu ilə zəngin dekorativ materialları (ağac, işləmələr, dulusçuluq, suvaq boyası, tekstil), polixrom daxili bəzəkləri ilə seçilir.

Bask, İrlandiya, Efiopiya, Ərəb, Latın, İngilis və ya Alman dillərində olan düsturlar var. Ornamental yazıların hazırlanmasında Yazılar və Gözəl Hərflər Akademiyasının fəxri üzvü Jül Mole kimi alimlər iştirak ediblər.

Dörd salon şərq üslubundə təmir olunub:

Şərəf otağı Fars üslubunda yataq otağı Dairəvi arxitekturalı Mavritaniya otağı Ərəb üslubunda qonaq otağı

Girişi Qapının üstündəki yazı ziyarətçini Cead Mile Failte ("Yüz min salam") sözləri ilə qarşılayır. Qapının sağ tərəfi bask dilində Ez ikusi — Ez ikasi — Görmədim, Tanımadım yazısı olan çərçivə ilə əhatə olunub.

Giriş iki qorxulu timsah tərəfindən qorunur. Bu heyvan Həbəşistana səyahəti simvollaşdırır. İlan müsəlman mədəniyyətinin qeyri-müəyyən simvoludur, haya yaradılış mifini canlandırıcısıdır.

İstinadlar

Xarici keçidlər Château d'Abbadia , official site Publications of Abbadia Observatory, digitalized on Paris Observatory digital library

Kateqoriya:Qalalar Kateqoriya:Fransa qalaları