Tərbi — dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir.

Haqqında Yaxın və Orta Şərq xalqları poeziyasında şeir yaradıcılığı üsullarından biridir. Şair başqa müəllifin qəzəlini götürüb onun hər beytinin əvvəlinə özünün yeni yazdığı beyti əlavə etməklə tərbi (dördləmə) yaradır. Bəzən şair özünün əvvəl yazmış olduğu qəzəl əsasında tərbi yaradır.

Xüsusiyyətləri Tərbi formasında yazılan şeirin əsas xüsusiyyətlərindən biri qəzəlindən istifadə olunmuş şairin təxəllüsünün yad edilməsidir. Azərbaycan klassik şeirində Q. Zakir, S. Ə. Şirvani, M. Hadi və başqaları müraciət etmişdir.

İstinad Kateqoriya:Şeir formaları