Ceyms Darmsteter () — fransız şərqşünası, filoloq.
Kondorse liseyini, 1874-cü ildə isə Ali araşdırmalar məktəbini bitirmişdir. 1877-ci ildən Ali araşdırmalar məktəbində işləmiş, 1892-ci ildə bu məktəbin direktoru olmuşdur. "Ahura Mazda və Əhrimən: mənşəyi və tarixi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Avesta haqqında "İran etüdləri" (1883) əsəri var. Avesta və Zəndin tam tərcüməsini tarixi və filoloji şərh ilə birlikdə çap etdirmişdir. 1885-ci ildən Fransa kollecində fars dili və ədəbiyyatı kafedrasında professor işləyib. 1886-cı ildə Hindistana ezam olunmuş, səfər təəssüratları əsasında "Hindistan haqqında məktublar" (1888) əsərini yazmışdır. 1890-cı ildə əfqan xalq mahnılarının tərcüməsini, əfqan dili və ədəbiyyatı haqqında esseni nəşr etdirmişdir.
Əsərləri "Fars poeziyasının mənşəyi" (1888) "İsrail peyğəmbərləri" (1892)
İstinadlar
Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:İngilis dilindən tərcümə edənlər Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:Fransa tərcüməçiləri Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri