Laz milliyyətçiliyi — lazların bir millət olduğuna inanan və laz kimliyini təbliğ edən millətçiliyin forması. Hərəkat iddia edir ki, laz xalqı müstəqil bir millətdir, türklərdən fərqlidir və başqa bir kartvel xalqı olan gürcülərlə qohumdur. Bir çoxları Lazistanın (Lazeti də adlanır) müstəqilliyini müdafiə edir və buna görə məhkəmədə mühakimə olunmuşdur.

Zəmin Kürd milliyyətçiliyi kimi laz milliyyətçiliyi də dolayı yolla laz mədəniyyətini qadağan edən, laz şəhər adlarını dəyişdirən, laz dilini qadağan edən, lazları hökumətin müəyyən etdiyi yerlərdə məskunlaşdıran türk milliyyətçiliyinə və türkləşdirmə siyasətlərinə reaksiya olaraq ortaya çıxmışdır. Lazların bir etnik qrup olaraq mövcudluğu türk milliyyətçiləri tərəfindən də inkar edilirdi. 1993-cü ildə lazların kartvel xalqı olduğunu iddia edən "Lazların tarixi" adlı kitab milliyyətçi hissləri gücləndirmişdir.

Həmçinin bax

Gürcü milliyyətçiliyi

İstinadlar

Kateqoriya:Milliyyətçiliklər Kateqoriya:Gürcü milliyətçiliyi Kateqoriya:Lazlar