thumb|250px|Şahmat fiqurları Şahmat fiqurları — şahmat oyununda istifadə olunan simvollardır. İki oyunçunun fiqurlarını bir-birindən fərqləndirmək üçün fiqurlar iki rəngdə olur: tünd və açıq (adətən ağ və qara). Hər oyunçunun başlanğıcda 16 fiquru olur. 1 Şah 1 Vəzir 2 Top 2 Fil 2 At 8 Piyada
Fiqurların hərəkəti FiqurHərəkətDəyəri32px|left ŞahYalnız bir xana üzrə diaqonal, düz, irəli və geri hərəkət edərək fiquru vura bilir. Şahmat qədim dövrlərdə müharibənin modelləşdirilməsidir. Buna görə də, liderini itirən bir qrup əsgər uduzduğu kimi, şahını itirən oyunçu da oyunu uduzur. Bütün oyun şaha əsaslanır. Şahını itirən oyunçu məğlub hesab olunur. Ancaq şah eyni zamanda oyunun ən zəif fiqurudur. Şah hər oyunçuda bir ədəddir. Ağ oyunçunun şahı başlanğıcda e1 xanasında, qara oyunçunun şahı isə e8 xanasında yerləşir.∞32px|left VəzirBoş xanalar üzrə irəli, geri, sağa, sola və diaqonal hərəkət edərək qarşısındakı fiquru vura bilir. Vəzir atdan başqa oyundakı hər bir fiqurun hərəkət qabiliyyətinə malikdir. Şahmat oyununun ən vacib və ən güclü fiqurudur. Vəzir hər oyunçuda bir ədəddir. Ağ oyunçunun vəziri başlanğıcda d1 xanasında, qara oyunçunun vəziri isə d8 xanasında yerləşir.932px|left Topİstədiyi qədər irəli, geri, sağa və sola gedə bilər. Önündəki fiquru vura bilir. Top həm də öz xəttində hərəkət istiqamətində rəqibin ilk fiqurunu vurmaq potensialına malikdir. Top hər oyunçuda 2 ədəddir. Ağ oyunçunun topları başlanğıcda a1 və h1 xanalarında, qara oyunçunun vəziri isə a8 və h8 xanalarında yerləşir.532px|left Filİstədiyi qədər diaqonal gedə bilər. Fillərdən biri həmişə ağ, digəri isə qara xanalarda hərəkət edir. Fil hər oyunçuda 2 ədəddir. Ağ oyunçunun filləri başlanğıcda c1 və f1 xanalarında, qara oyunçunun filləri isə c8 və f8 xanalarında yerləşir.332px|left AtHər istiqamətdə yalnız tərs və ya düz "L" hərfi formasında hərəkət edir (üç xana şaquli iki xana üfüqi və ya iki xana şaquli və üç xana üfüqi). Şahmat oyununda fiqurların üzərindən tullanaraq irəliyə doğru hərəkət edə bilən yeganə fiqurdur. At həmçinin "L" hərfi formasında geri də hərəkət edə bilir. Tam "L" hərfi formasında 8 istiqamətə gedə bilir. At hər oyunçuda 2 ədəddir. Ağ oyunçunun filləri başlanğıcda b1 və g1 xanalarında, qara oyunçunun filləri isə b8 və g8 xanalarında yerləşir.332px|left PiyadaPiyadalar qabağında bir fiqur olmadıqda irəli və düz hərəkət edir. Piyadalar başlanğıcda (ilk hərəkət) istəsələr, iki xana hərəkət edə bilərlər. Bu hərəkətlərində gəldikləri xananın sağında və yaxud solunda rəqib oyunçunun bir piyadası varsa, qoşa ötürmədən dərhal sonrakı hərəkətdə onlar bu piyadanı sanki bir xana irəliləmiş kimi keçə bilərlər (Keçiddə götürmə). Piyadalar bir xana irəli diaqonal olaraq digər fiqurları vura bilər. Səkkizinci xanaya çatan piyadalar, oyunçunun istəyinə uyğun olaraq, şahdan başqa istənilən fiqur ilə dəyişdirilə bilər. Bu fiqur adətən ən güclü fiqur olan vəzir olur. Piyada hər oyunçuda 8 ədəddir. Ağ oyunçunun piyadaları başlanğıcda a2, b2, c2, d2, e2, f2, g2 və h2 xanalarında, qara oyunçunun piyadaları isə a7, b7, c7, d7, e7, f7, g7 və h7 xanalarında yerləşir.1
Adlar Fiqurların adları ilə nəzərdə tutulan simvollar dildən asılı olaraq dəyişir. Məsələn, bir çox dillərdə ingilis dilində "cəngavər" kimi tanınan fiqur tez-tez "at", İngiliscə "yepiskop" isə yepiskopun müasir hərəkət tərzini uyğunlaşdıran, lakin yeni adını deyil, fərqli dillərdə tez-tez "fil" kimi tərcümə olunur.CHESS PIECES in Different Languages
Unicode simvolları
Unicode kodlaşdırmasında şahmat fiqurlarını təmsil edən xüsusi simvollar var.
AdŞahVəzirTopFilAtPiyadaAğSimvol♔♕♖♗♘♙KodU+2654U+2655U+2656U+2657U+2658U+2659HTML♔♕♖♗♘♙QaraSimvol♚♛♜♝♞♟KodU+265AU+265BU+265CU+265DU+265EU+265FHTML♚♛♜♝♞♟
İstinadlar
Kateqoriya:Şahmat fiqurları Kateqoriya:Şahmat