Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 27 iyun 1990-cu ildə Ermənistan SSR ərazisindən erməni silahlıları Quşçu Ayrım kəndini atəşə tutmuşdur. Kənd təsərrüfatı işləri dayandırılmışdır.
1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər.
Toponimikası Quşçu Ayrım oyk., miir. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır. Yaşayış məntəqəsi ayrım tayfasının saldığı kəndlərdəndir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Kəndin əsasını Gədəbəylilər qoyublar.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Gəncə quberniyası, Yelizavetpol qəzası, Əskipara şöbəsinin Quşçu Ayrım kəndində 59 evdə şiə inanclı müsəlman azərbaycanlılardan ibarət 326 nəfər əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1069 nəfər əhali yaşayır. Əhalinin 522 nəfəri kişilər, 547 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Kənd əhalisinin soyu Türk kökənli Ayrımlardan gəlməkdədir.Экономический быт государственных крестьян Казахского уезда, Елисаветпольской губернии // Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. — Тифлис: Типография А. А. Михельсона, 1886. — Т. 2. — С. 43.
Həmçinin bax Ayrımlar Qazax Odundağ əməliyyatı
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri