Kollegial Transfiqurasiya Kilsəsi () – Polşanın Qarvolin şəhərində yerləşən katolik kilsəsi. Neobarokko üslubunda tikilmişdir. 7 may 1962-ci ildə mədəni mülk statusu almışdır.
Tarixi 1825-ci ilə qədər kilsənin yerində taxtadan tikilmiş başqa bir kilsə fəaliyyət göstərmişdir. 12 mart 1825-ci ildə baş vermiş yanğın nəticəsində taxta kilsə məhv olmuş və yeni kilsənin tikintisinə başlanmışdır. Tikinti işləri 1839-cu ilə kimi davam etmiş və prixodun tarixində ilk kərpic kilsə tikilmişdir. 20 oktyabr 1839-cu ildə kilsə ilk Müqəddəs Messa tədbiri keçirilmişdir. 29 noyabr 1840-cı ildə kilsəyə indiki adı – Transfiqurasiya kilsəsi adı verilmişdir.
Tikinti işlərindəki nöqsanlara görə kilsə binası tez-tez təmir işlərinə məruz qalmışdır. 1841, 1844, 1846, 1849 və 1850-ci illərdə kilsənin damında, 1847-ci ildə kilsənin döşəməsində təmir işləri aparılmışdır. 17 iyun 1849-cu ildə baş vermiş fırtına kilsənin damına və tavanına ziyan vurmuş, hətta damın çökmə təhlükəsi yaranmışdır. 1852-ci ildə Andrey Klinovski kilsənin interyerini müxtəlif xristian müqəddəslərinin təsvirləri ilə bəzətmişdir.
Çökmə təhlükəsi olduğu üçün kilsə 1890-cı ilin iyununda sökülmüş və yeni kilsə binasının tikintisinə başlanmışdır. 16 sentyabr 1890-cı ildə yeni kilsənin təməli atılmışdır. 1890–1894-cü illərdə aparılmış tikinti işləri zamanı köhnə zəng qülləsi də sökülmüşdür. 5 iyul 1900-cü ildə yepiskop Fransişek Yaçevski yeni kilsəni təqdis etmişdir. Yeni kilsənin tikintisi 78.000 rubla başa gəlmişdir.
XX–XXI əsrlər Kilsə Birinci və İkinci dünya müharibələri zamanı dağıntılara məruz qalmışdır. 2 aprel 1918-ci ildə alman əsgərlər kilsənin orqanındakı boruları sökmüşdürlər. 9 sentyabr 1939-cu ildə şəhərdə baş vermiş yanğın kilsənin orqanı, tavanı, 16 yağlı boya əsəri, üç qülləsi yanğında məhv olmuşdur. 1940–1942-ci illərdə kilsədə bərpa işləri aparılmış, qüllələr bərpa olunmuş, yeni orqan quraşdırılmışdır.
1983-cü ildə kilsədə yenidənqurma işləri aparılmışdır. 1988-ci ilin iyununda kilsə qaz sistemi ilə təchiz edilmişdir. 31 oktyabr 1990-cı ildə kilsənin divarında 1919–1920-ci illərdə ölmüş bir sıra polyak əsgərlərin adlarını əks etdirən lövhə quraşdırılmışdır. 1992-ci ildə kilsədə növbəti bərpa işləri aparılmışdır. 2011-ci ilin iyul-avqust aylarında kilsədə yeni qranit döşəmə salınmışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Polşa kilsələri Kateqoriya:Katolik məbədlər Kateqoriya:Neobarokko memarlığı Kateqoriya:Kərpic tikililər