Osmanlı imperiyasının bölünməsi (, 30 oktyabr 1918-ci il — 1 noyabr 1922-ci il) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının bu münaqişədə məğlub olması və hələ bu hadisədən əvvəl başlayan süqutu nəticəsində, əvvəllər türklərin hakimiyyəti altında olan böyük ərazilər və xalqlar konqlomeratının meydana çıxması nəticəsində baş vermiş siyasi hadisə. İmperiya bu siyasi hadisələr zamanı bir neçə yeni dövlət və ərazilərə bölündü.
Osmanlı imperiyasının bölünməsi bu dövlətin müharibəyə girdiyi ilk günlərdən Türkiyəyə qarşı çıxan qüvvələr tərəfindən nəzərdə tutulmuşdu.Paul C. Helmreich, From Paris to Sèvres: The Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920 (Ohio University Press, 1974) Baxmayaraq ki, Osmanlı imperiyası ilə döyüşən Antanta dövlətləri bu ərazidə müharibədən sonrakı məqsədlərində çoxlu ziddiyyətlər var idi.:en:Roderic H. Davison; Review "From Paris to Sèvres: The Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920" by Paul C. Helmreich in :en:Slavic Review, Vol. 34, No. 1 (Mar. 1975), pp. 186–187 Onlar Osmanlı imperiyasının bölüşdürülməsi ilə əlaqədar öz aralarında bir neçə ikili və üçlü müqavilələr bağlamışdı.Fromkin, A Peace to End All Peace (1989), pp. 49–50. 1918-ci ilin noyabrında İstanbul Antanta qüvvələri tərəfindən işğal edildikdən sonra Osmanlı hökuməti 1920-ci ildə Sevr müqaviləsini imzaladı. Bununla belə, Türkiyənin İstiqlaliyyət müharibəsi müttəfiqləri müqavilə ratifikasiya olunmamışdan əvvəl yenidən danışıqlar masasına oturmağa məcbur etdi.P. Helmreich, From Paris to Sèvres (Ohio State University Press, 1974) Müttəfiqlər və Türkiyə Böyük Millət Məclisi 1923-cü ildə əksər ərazi məsələlərini həll edən Sevr müqaviləsini əvəz edən yeni Lozanna müqaviləsini imzalayıb ratifikasiya etdilər. Həll olunmamış məsələlərdən biri də Mosul mübahisəsinin sonradan Millətlər İttifaqının iştirakı ilə həll edilməsidir.
Osmanlı imperiyasının parçalanması müasir ərəb dünyasının və Türkiyə Cümhuriyyətinin yaranmasına səbəb oldu. Millətlər Liqası Fransaya Suriya və Livan, Böyük Britaniya isə Mesopotamiya və Fələstin (sonradan iki yerə bölündü: Fələstin və Trans-İordaniya) üzərində mandat verdi. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı mülkləri bugünkü Səudiyyə Ərəbistanı və Yəmənin bir hissəsi oldu. Tarixi
Osmanlı imperiyası xilafət idi. O, geosiyasi, ideoloji və mədəni baxımdan XX əsrin əvvəllərində aparıcı İslam dövləti sayılırdı. Osmanlı imperiyasının parçalanması Qərb dövlətlərinin, xüsusən də Böyük Britaniya və Fransanın Yaxın Şərqdə mülklərinin yaranmasına səbəb oldu.Fromkin, A Peace to End All Peace (1989), pp. 26–28. Bu qüvvələrin təsirinə qarşı ən erkən müqavimət türk milli hərəkatından gəldi və İkinci Dünya müharibəsindən sonra “post-Osmanlı” Yaxın Şərqdə daha geniş yayıldı.
Bölünmə Qərb dövlətləri tərəfindən Birinci Dünya müharibəsi zamanı müttəfiqlər tərəfindən Osmanlı imperiyası ilə bağlı bir neçə razılaşmanın bağlanması yolu ilə planlaşdırılıb. İngilislər və fransızlar Says-Piko sazişi ilə Yaxın Şərqin şərq hissəsini (“Böyük Suriya” da adlandırılır) öz aralarında bölüşdürdülər. p. 8. İtaliya ilə Rusiya arasında daha bir məxfi müqavilə bağlanmışdı. Balfur bəyannaməsi (1917) sionistlərə o dövrdə üstünlük təşkil edən ərəb-müsəlman əhalidən əhəmiyyətli dərəcədə az olan yəhudi azlığının yaşadığı Fələstində “yəhudi xalqı üçün milli ev” yaratmaqda Britaniya hökumətinin dəstəyini vəd edirdi. Çar Rusiyasının hakimiyyət orqanları da Osmanlı imperiyasının bölünməsi ilə bağlı Antanta ilə bir sıra hərbi müqavilələr bağlamışdılar. Lakin Rusiya oktyabr inqilabından sonra Osmanlı mülklərinin bölünməsində iştirak etmədi.Herbert Henry Asquith (1923). The Genesis of the War. p. 82
Sevr Müqaviləsi (1920) Yaxın Şərqdə yeni yaradılmış Millətlər Liqasının mandatını, Yəmənin müstəqilliyini və Kipr üzərində Britaniya suverenliyini rəsmən tanıdı.
Fransa mandatı Suriya və Livan Millətlər Liqası mandatı adı altında Fransanın protektoratlarına çevrildi.Fromkin, A Peace to End All Peace (1989), pp. 436–437. Livanda mandat Fransanın Yaxın Şərqdə yaratdığı ərazi Böyük Livan adlanırdı. Bu, müasir Livanın sələfi idi. Bu ərazi 1920-ci il sentyabrın 1-dən 1926-cı il mayın 23-dək mövcud olub. Fransa maronit xristian əhalisi üçün “təhlükəsiz sığınacaq” yaratmaq üçün bu ərazini Levantın quru hissəsindən (Millətlər Liqasının mandatı idi) ayırdı. Maronitlər özləri üçün müstəqil idarəçilik əldə etdilər və sonradan 1943-cü ildə müstəqil Livanda güclü mövqe əldə etdilər.Quilliam, Syria and the New World Order (1999), p. 33.
Fransanın maronitləri qorumaq adı altında müdaxiləsi Osmanlı imperiyası kapitulyasiyaları adlandırılan XVI-XIX əsrlər arasında əldə edilmiş razılaşmalarla başladı. 1866-cı ildə Maronitlərin lideri Yusuf Kərəm Livan dağlarında üsyan qaldırdıqda, Fransanın başçılıq etdiyi dəniz qüvvələri onun köməyinə gələrək vali Davud Paşanın əleyhinə Sultana şikayət ərizəsi yazdılar. Kərəmin təhlükəsiz yerə Əlcəzairə qaçmasını təmin etdilər.Tarrouz Karam on Ehden Family Tree website Suriyada mandat Says-Piko sazişi Fransaya Suriyanı işğal etməyə icazə verdi. 1923-cü ildə orada Fransa hakimiyyəti quruldu və Fransa 1943-cü ilə qədər Suriyanı rəsmən idarə etdi.
Britaniya mandatı İraq və Fələstin Britaniya mandatına çevrildi və Şərif Hüseynin oğullarından biri I Feysəl İraq kralı seçildi. Fələstin iki hissəyə bölündü: şərq hissəsi Trans-İordaniyaya çevrildi və tezliklə Hüseynin digər oğlu I Abdulla İordaniya taxtına oturdu. Fələstinin qərb hissəsi bilavasitə Britaniyanın idarəsi altında idi və yəhudi əhali ilkin olaraq Britaniyanın himayəsi altında öz sayını artıra bildi. Ərəbistan yarımadasının böyük hissəsi 1932-ci ildə Səudiyyə Ərəbistanı Krallığını yaradan digər Britaniya müttəfiqi Ədüləziz bin Səudun nəzarəti altına keçdi. Mesopotamiyada mandat 250px|thumb|right|Britaniya Nazirlər Kabinetinin 1785 saylı sənədi, dekabr 1922, Fələstin Mandatı və Transiordaniya Memorandumunu ehtiva edir Mesopotamiya (müasir İraq ərazisi) 1932-ci ilə qədər, dövlətin müstəqilliyi elan edilənə qədər Britaniyanın hakimiyyəti və Millətlər Liqasının mandatı altında idi.The new Cambridge modern history. Volume xii. p.293.
Mosul məsələsi
Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi mübahisəsi yarandı.Дипломатический словарь. — М.: Государственное издательство политической литературы. А. Я. Вышинский, С. А. Лозовский. 1948. 1918-ci ilin əvvəlində Britaniya qoşunları Mudros sülh müqaviləsinin imzalanması zamanı mövcud olan sərhədi pozaraq Mosul şəhərini və Mosul vilayətini işğal etdilər.V.H. Rothwell: Mesopotamia in British War Aims, in: :en:The Historical Journal, Vol. 13, No. 2 (1970), p. 291. İngiltərə bu ərazinin son dərəcə mühüm strateji mövqeyini, eləcə də ən böyük neft sərvətini ələ keçirməyə çalışırdı.
1916-cı il Says-Piko sazişinə əsasən, Mosul ərazisi Fransaya çatırdı. Lakin 1919-cu ildə ingilislər Suriyaya olan hüquqlarını tanımaları (yaxud Kilikiyanı verməd vədiСоветская историческая энциклопедия. — М.: Советская энциклопедия . Под ред. Е. М. Жукова. 1973—1982.) müqabilində fransızları Mosulu tərk etməyə məcbur etdilər. Bu, Antanta dövlətlərinin San-Remoda keçirilən konfransında və 23 dekabr 1920-ci il tarixli İngiltərə-Fransız konvensiyasında təsdiqləndi. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Misaqi-millini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu. Məsələni araşdırmaq üçün Millətlər Liqasında komissiya yaradıldı. Lakin mübahisəni həll etmək mümkün olmadı.Ali, Othman (1997). p.522 Millətlər Liqası Şurası 1926-cı ildə İraq hökuməti ilə Sərhəd Müqaviləsini imzalayan Türkiyənin Mosulu güzəştə getməyə tövsiyə edən araşdırma komissiyası təşkil etdi. İraq 25 il müddətinə Mosulun neft yataqlarından gələn gəlirdən 10 faizi mənfəəti Türkiyəyə verməyə razılaşdı. Mosul 1932-ci ildə İraq müstəqilliyinə qədər Kral I Feysəlin təkidi ilə Britaniyanın Mesopotamiya Mandatının bir hissəsi idi, baxmayaraq ki, Britaniya hərbi bazalarının saxlanması və ingilislərin öz qüvvələrini ölkə daxilində hərəkət etdirmə hüququ var idi. Fələstində mandat
Müharibə zamanı Britaniya hökuməti Fələstinin gələcəyi ilə bağlı üç ziddiyyətli vəd verdi. İngiltərə Britaniya kəşfiyyatçısı Tomas Edvard Lourens (Ərəbistanlı Lourens) vasitəsilə müharibə zamanı ərəblərin ingilislərə dəstəyi müqabilində Yaxın Şərqin böyük hissəsini əhatə edən müstəqil birləşmiş ərəb dövlətinin yaradılmasına söz verdi. İngiltərə 1917-ci il Balfur bəyannaməsində də yəhudi milli dövləti yaratmağı və onu qorumağı vədini verdi. Nəhayət, ingilislər Hüseyn ibn Əli əl-Haşimi - Mak Mahon yazışmaları vasitəsilə Haşimilər sülaləsinin Böyük Ərəb üsyanına verdikləri dəstək müqabilində bölgədəki torpaqların çoxu üzərində hakimiyyətə sahib olacağına söz verdilər.
Qismən Tomas Edvard Lourens tərəfindən təşkil edilən ərəb üsyanı, general Edmund Allenbinin rəhbərliyindəki İngilis qüvvələrinə 1917-ci ildə Sinay və Fələstin cəbhəsində Osmanlı qüvvələrini məğlub etməyə və Fələstin və Suriya ərazilərini işğal etməyə imkan verdi. Bu torpaqlar müharibənin sonuna qədər ingilislərin nəzarəti altında qaldı.
1920-ci ilin yanvarında Millətlər Liqasını yaradan Paris Sülh Konfransından sonra İngiltərə Fələstinə nəzarəti ələ keçirdi. Balfur bəyannaməsinin hazırlanmasında mühüm rol oynamış Britaniya Nazirlər Kabinetinin keçmiş Baş Postmasteri Herbert Samuel Fələstinə ilk Ali Komissar təyin edildi.
1920-ci ilin aprelində San-Remo konfransında İngiltərəyə Fələstin üçün Millətlər Liqası mandatı verildi.Marjorie M. Whiteman, Digest of International Law, vol. 1, US State Department (Washington, DC: U.S. Government Printing Office, 1963) pp 650—652
1923-cü ildə İngiltərə Metula bölgəsi müqabilində Colan təpələrinin bir hissəsini Suriyadakı Fransız mandatına verdi.Palestine Royal Commission Report Presented by the Secretary of State for the Colonies to Parliament by Command of His Majesty, July 1937, Cmd. 5479 . His Majesty’s Stationery Office., London, 1937. 404 pages + maps. (:en:Peel Report, 45 MB)
Ərəblərin müstəqillik cəhdləri 250px|thumb|right|Qüdsün təslim olmasından sonra Osmanlı qoşunları (1917) Türklər gedəndən sonra ərəblər Dəməşqdə müstəqil dövlət yaratdıqlarını elan etdilər, lakin onlar hərbi və iqtisadi cəhətdən çox zəif olduqları üçün Avropa dövlətlərinə uzun müddət müqavimət göstərə bilmədilər və İngiltərə və Fransa tezliklə bu torpaqlara nəzarəti bərpa etdi.