Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Paşayev Azər Qələndər oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1 avqust 1973-cü ildə Laçın rayonunun II Tığik kəndində doğulmuşdur. 1992-ci ilin dekabr ayında hərbi xidmətə yollanmış, Lənkəran bölməsində xidmət etmişdir. 1993-cü ildə Ağdərə döyüş bölgəsinə göndərilmişdir. 1993-cü ilin 20 fevralında şəhid olub. Azər Paşayev Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.2.Pənahov Mübariz Sabir oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 1968-ci ildə Yevlax rayonunun Aran sovxozunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Sverdlovsk da Daxili qoşunlarda hərbi xidmətdə olub. 1992-ci il 3 martda milli orduya çağırılıb. Yevlax Batalyonu tərkibində bir ay hazırlıq keçəndən sonra Şuşaya gedib. Şuşanın ətraf kəndlərinin müdafiəsində vuruşub. 7 may 1992-ci ildə Xankəndi rayonu Kosalar kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn edilib.3.Piriyev Rəşadət Əli oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuş, Ağdam, Ağdərə, Laçın və Kəlbəcər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 21 avqust 1993-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində qolundan və kürəyindən qəlpə yarası almışdır. Bacarıqlı rabitəçi operator və hərbi texnikaların zərərsizləşdirilməsi üzrə əməliyyatçı olmuşdur. Sıravi əsgər Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində şəhid olmuşdur.Rəşadətli Rəşadət. Bakı, "Elm və təhsil", 2023 Şəhid olduğu ərazi işğal edildiyi üçün 2025-ci ildə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanmış və 22 may 2026-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.Daha bir itkin şəhid dəfn olundu
İstinadlar
P