Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.
15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır
XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın toponimləri. 2005
Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Tarixi İkinci Dünya müharibəsində bu kənddən 340 nəfər iştirak etmiş, onlardan 110 nəfəri geri qayıtmamışdır.
Kəndin erməni əhalisi Çaykənd əməliyyatı çərçivəsində 1991-ci il 13–15 may tarixlərində Ermənistanın Xınzırək kəndinə yaxın yerdə, Azərbaycan ərazisində salınmış düşərgəyə köçürülmüşdür. Əhalinin bir hissəsi isə Hadrut şəhərinə köçmüşdür. Həmin ilin iyun ayında kənddə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar yerləşdirilmişdir.
1993-cü ilin 15 avqust tarixində Ermənistan ordusunun Qarabağda yay hücumu çərçivəsində Xətai kəndi işğal olunmuş, kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Onların yerinə kəndə yenidən ermənilər köçürülmüşdür.
Tarixi abidələri Arakül kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4330KilsəXX əsrArakül kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Çaylaqçayın (Araz çayının qolu) sol sahilində, Qarabağ silsiləsinin cənub–şərq ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xətai kəndinin əhalisinin faktiki sayı 107 nəfər, qeydiyyatdakı əhalinin sayı 106 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali — səh. 4.
1897-ci ildə 873 nəfər. 1912-ci ildə 1235 nəfər. 1921-ci ildə 1091 nəfər. 1970-ci ildə 307 nəfər. 1976-cı ildə 195 nəfər. 1979-cu ildə 330 nəfər. 1991-ci ildə 257 nəfər. 2005-ci ildə 107 nəfər. 2015-ci ildə 134 nəfər.
İqtisadiyyatı 1928-ci ildə kəndə elektrik enerjisi verililmişdir.
Mədəniyyəti 2023-cü ildə kənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. İnsan qalıqları təbii təpəliklərin üzərində Ərəküllə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkarlanıb. Skeletlərin ilkin müayinəsi zamanı məzarlığın XIII–XV əsrlərə aid olduğu müəyyənləşdirilib. Əldə edilən dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən daha əvvəl yaşadığını sübuta yetirir.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Arakül kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri