Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 2008 və 2012-ci illərdə dopinqdə hallanmışdır.

2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir.

Ləğv edilən nəticələr İdmançıİdman növüYarışMəlumatLəğv edilmə tarixiOlimpiadaNəticəYerSərdar Həsənovağır atlet -62 Kq.2008DNF26.10.2016İntiqam Zairovağır atlet -85 Kq.361912.01.2017Nizami Paşayevağır atlet -94 Kq.396524.08.2016Vitali Rəhimovyunan-roma güləşçisi60 Kq.finalda uduzdu15x15px26.12.2016Valentin Xristovağır atlet -56 Kq.201228615x15px16.06.2016Sərdar Həsənov (2)ağır atlet -69 Kq.3218İntiqam Zairov (2)ağır atlet -94 Kq.397612.01.2017Boyanka Kostovaağır atlet -58 Kq.233516.06.2016

2008-ci ilin olimpiadası 24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi.

26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.

26.12.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) yunan-roma güləşi turnirlərində çıxış edən və gümüş medala sahib olan Vitali Rəhimovun 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Vitali Rəhimov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Vitali Rəhimovun nəticələri ləğv edildi və gümüş medaldan məhrum edildi.

12.01.2017-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.

2012-ci ilin olimpiadası 16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Valentin Xristovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Valentin Xristov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Valentin Xristovun nəticələri ləğv edildi və qazandığı bürünc medaldan məhrum edildi.

16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Boyanka Kostovadan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Boyanka Kostova olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Boyanka Kostovanın nəticələri ləğv edildi.

12 yanvar 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.

İstinadlar

Kateqoriya:Azərbaycan Olimpiya Oyunlarında