Fuad Lətifov (tam adı:Lətifov Fuad Seyfəddin oğlu) — fizika-riyaziyyat elmləri doktoru, professor
Həyatı Fuad Lətifov 1955-ci ildə İsmayıllı şəhərində doğulub. 1961–1972-ci illərdə İsmayıllı şəhər 2 saylı orta məktəbdə təhsil alıb, sonra da indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.
1977-ci ildə ali təhsilini başa vurub təyinatla Təbii qazın nəqlə hazırlanması və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat Layihə İnstitutunda işə başlayıb. 1984-cü ildən 2010-cu ilədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki xüsusi konstruktor bürosunda əvvəlcə baş konstruktor, sonra da baş elmi işçi vəzifələrində çalışıb.
1983-cü ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
2012-ci ilin sentyabrından AzMİU-nun Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində işləyib. Kafedranın tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm işlər görüb, bir çox elmi konfransların keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olub.
18 iyul 2024-cü ildə Bakı şəhərində vəfat edib.
İstinadlar