Arpadüzü (əvvəlki adı: Kolxozaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arpadüzü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kolxozaşen kəndi Arpadüzü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Arpadüzü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Toponimikası 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kəndin adı "Arbaduz" şəklini almışdır. 1939-cu ildən Kolxozaşen (Kilxoz kəndi) adlandırılmış,B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın toponimləri. 2005 1992-ci ildə isə dəyişdirilərək Arpadüzü kimi rəsmiləşdirilmişdir. Kənd öz adını ərazidəki "arpa əkilən duz, col" mənalı eyniadlı sahədən almışdır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Arpadüzü kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri