Malik Həsənov () — Azərbaycanı təmsil edən boksçu.
Karyerası Malik Həsənov 2023-cü ildə Azərbaycan Çempionatını gümüş medalla başa vurdu. Həmin il Avropa Oyunları və Dünya Çempionatında mübarizə aparsa da, medala sahib ola bilmədi.
2024-cü ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Malik Həsənov 2024-cü ilin may-iyununda Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.
Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları