Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmazStanford Encyclopedia of Philosophy, Foreknowledge and Free Will olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır.
Hər şeyi bilmə və azad iradə
right|thumb|250x250px| Əgər oyunu, onun qaydalarını və oyunçularını Allah yaradıbsa, onda hər hansı oyunçu necə azad ola bilər?
Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir.
Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir:
Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi:
Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər:
İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur. Hərəkət etdiyinizdən başqa cür hərəkət edə bilmirsinizsə, sərbəst hərəkət etmirsiniz (Alternativ İmkanlar Prinsipi). Beləliklə, bir hərəkət edəndə, onu sərbəst etmirsiniz.
Bununla belə, Norman Şvarts yuxarıdakı arqumentlərin modal çaşqınlığa yol açdığını göstərir. Xüsusilə, o, iddia edir ki, bu arqumentlər "S" doğru olarsa, "S"in doğru olması zəruri olur, "S" şərti olduğundan doğru deyil. Əks halda, onun hərəkətlərindən asılı olmayaraq gələcəyin artıq müəyyən olunduğunu iddia etmək olar.
İstinadlar
Kateqoriya:Paradokslar Kateqoriya:İradə azadlığı Kateqoriya:Teologiya