Çağadüz (əvvəlki adı: Sərkisaşen, daha əvvəlki adı: Caqaduz ()) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaverd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sərkisaşen kəndi Çağadüz kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çağadüz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Toponimikası Sonralar burada məskunlaşmış ermənilər onu Sərkisaşen (Sərkis kəndi) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdır. Kənd öz adını ərazidəki eyniadlı düzənlikdən almışdır. Cağa/çağa (kiçik) və düz (mənfi relyef forması) sözlərindən düzəlib, "kiçik düz" deməkdir.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Tağaverd kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri