Beka Kandelaki (; ) — gürcü əsilli, 2019-cu ildən etibarən Azərbaycan yığmasında çıxış edən güləşçi.

Karyera Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2024-cü il Avropa Güləş Çempionatında kişilər arasında Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə norveçli Oskar Marviklə 2–2 bərabərə qalıb və son xal üstünlüyü ilə görüşdən qalib ayrılaraq bürünc medal qazanıb. Birinci raundda fin Konsta Mäenpäänı 8–6, 1/4 finalda macar Dáriusz Vitek üzərində 9:0 texniki üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Rıza Kayaalpla 2–2 bərabərə qalıb və rəqibinin son xal üstünlüyünə malik olduğu üçün matçı uduzaraq bürünc medal uğrunda görüşə yüksəlib.

İstinadlar

Xarici Keçidlər Dünya Güləş Assosiasiyası saytında Beka Kandelaki

Kateqoriya:Azərbaycan güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri