Cahangir Ağarəhimov (15 dekabr 1986, Bakı) — Azərbaycanın şahmat qrosmeysteri.

Təhsili Cahangir Ağarəhimov Bakı şəhəri 258 nömrəli orta məktəbi bitirmiş, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır.

Karyerası Cahangir Ağarəhimov Eltac Səfərli ilə birlikdə şahmatla məşğul olur.

O, 2010-cu ilin avqustunda Baku Open turnirində qrosmeyster normalarını doldurmuşdur. Bu turnirdə qrosmeyster Nataliya Jukova və Davit Jojuaya qalib gəlmişdir. Bundan sonra isə 2013-cü ilin iyun ayında Aluştada keçirilən iki turdan ibarət reytinq turnirində qələbə qazanıb. O, əvvəllər Beynəlxalq Usta titulunu almadan qrossmeyster olmuş nadir şahmatçılardan biridir. 2014-сü ilin fevralından qrosmeyster titulunu qoruyub saxlamışdır.

Şahmatçı kimi hazırda qeyri-aktivdir. Onun sonuncu yarışı 2014-cü ilin yanvarında Rustavidə keçirilən turnir olub.

2015-ci ildə Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun İdarəçi Direktoru olmuşdur.

25 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

İstinadlar

Həmçinin bax

Azərbaycan şahmatçılarının siyahısı

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanda şahmat Kateqoriya:Şahmat qrosmeysterləri