Ecco2K (tam adı: Zak Arogundade Gaterud; ) — İsveç dizayneri, vizual artisti, müğənnisi, repçisi.
O, yeniyetmə yaşlarında qrafik dizaynerlik sənətini öyrənib. 2004-cü ildə dostu və sinif yoldaşı Bladee ilə Krossad adlı musiqi qrupu yaradıb. Bundan üç il sonra o, Alaska adlı öz moda brendinin əsasını qoymuş və daha sonra İsveçin Eytys adlı ayaqqabı markasında dizayner kimi işə düzəlmişdir. 2013-cü ildə uşaqlıq dostları Bladee, Thaiboy Digital və Whitearmor ilə birlikdə Drain Gang musiqi kollektivini formalaşdırıb. O, "Peroxide" mahnısına olan klipi Öresund boğazında yerləşən Lilqrund külək fermasında lentə aldırıb.
Həyatı Ecco2K Stokholmda və ya Londonda anadan olub. Əslən Nigeriyadan olan britaniyalı atası arxitext, İsveçdən olan anası isə makiyaj artistidir.
Diskoqrafiya Studiya albomlar E (2019) Mini-albomlar Crush Resist (2015) PXE (2021) Kollaborativ albomlar D&G (2017) (Bladee və Thaiboy Digital ilə) Trash Island (2019) (Bladee və Thaiboy Digital ilə) Crest (2022) (Bladee ilə)
İstinadlar
Xarici keçidlər