Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun Zazalı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskun­laşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndi­rirlər. Zazaların orta əsrlərdə İranda və Tür­kiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir. Araşdırmalar göstərir ki, kənd əhalisi xalis türklərdən ibarətdir. Qədim türk dillərində zaza "qamışlıq", "bataqlıq" mənalarında işlənmişdir. Güman etmək olar ki, oykonim ərazinin keçmişdə bataqlıq və qamışlıq olması ilə bağlı yaran­mışdır.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi Əhalisinin sayı 617 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri