Asif Tofiq oğlu Əliyev () — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi.
Klub karyerası Asif Əliyev 10 fevral 1956-cı ildə Kirovabadda anadan olub. Peşəkar futbolçu karyerasına 1973-cü ildə, Futbol üzrə SSRİ ikinci liqasında çıxış edən "Dinamo Kirovabad" klubunda start verib. 1976-cı ildə respublikanın əsas komandası olan "Neftçi" klubuna cəlb edilib. 1976–1985-ci illər ərzində Bakı təmsilçisinin heyətində ümumilikdə 227 oyuna çıxıb və 39 qol vurub.
1985 mövsümünün gedişində Kirovabada qayıdıb və 1990-cı ilə qədər "Kəpəz"də çıxış edib. Peşəkar futbolçu karyerasını 1991-ci ildə Qazaxın "Göyəzən" komandasında başa vurub.
Məşqçi karyerası Karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. 1996, 1998 və 1999-cu illərdə "Neftçi"nin baş məşqçisi olub.
İstinadlar
Xarici keçidlər Asif Əliyev Transfermarkt.com saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri