Şihabəddin Məhəmməd ən-Nəşəvi (; ) — milliyətcə fars olan naşir, bioqraf, tarixçi və dövlət xadimidir. Böyük Xorasan vilayətinin Nisa şəhərində anadan olmuşdur. O, 1225-ci ildən ölümünə qədər Cəlaləddin Mənguberdinin yanında olmuşdur. Onun yanında vəzir və səfir vəzifələrində xidmət etmişdir. Cəlaləddin Xarəzmşahın vəfatından sonra Məyyafərikinə getmiş və orada Əyyubi hökmdarının xidmətinə girmişdir. Burada qaldığı müddət ərzində Nəfs̱ətü'l-maṣdur (1234-35) adlı əsərini başa çatdırmışdır. Daha sonra isə Hələbə getmiş və oradakı Əyyubi hökmdarının xidmətinə qəbul edilərək (1246) monqolların yanına səfir göndərilmişdir. Ömrünün son illərini Hələbdə keçirmiş və elə orada da vəfat etmişdir.
O, monqolların Xorasanı almasını, Cəlaləddinin sonrakı qaçışlarını və daha sonrakı hərbi macəralarını öz gözləri ilə görmüş və bu hadisələrin hamısını 1241-ci ildə ərəb dilində qələmə aldığı “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” adlı əsərində qeyd etmişdir. O, daha əvvəl — 1234/35-ci illərdə farsca “Nəfsətül-masdur” adlı əsər yazmışdır. Bu əsərdə onun 1231-ci ilə qədər şəxsən müşahidə etdiyi hadisələr, dövrün rəsmi sənədləri və şahidlərin ifadələri əsasında Xarəzmşahların süqutu və monqol işğalları haqqında məlumat verilir.
İstinadlar
Mənbə
ан-Насави. Сират ас-султан Джалал ад-Дин Манкбурны. Издание критического текста, перевод с арабского, предисловие, комментарий, примечания и указатели 3. М. Буниятова. Москва: Издательская фирма «Восточная литература» РАН, 1996, 798 с. ISBN 5020167908 Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr. Tərcümə, qeyd və şərhlərin yazılması və tərtibi: N. Bayramlı. Bakı: "AFPoliqrAF" mətbəəsi, 2016, s. 96-163.
Kateqoriya:XIII əsr tarixçiləri Kateqoriya:İran tarixi Kateqoriya:İran tarixçiləri Kateqoriya:Fars tarixçilər Kateqoriya:Farslar Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Özbəkistan tarixçiləri