Troy Sivan (; ) — Avstraliyalı müğənni, mahnı yazarı və aktyor. İlk nailiyyətini 2014-cü ildə təqdim etdiyi "" minialbomuna görə əldə edib. Hansı ki, Billboard 200 hit-paradında 5-ci sıraya düşüb. Həmçinin, minialbomda yer alan sinqlı "Happy Little Pill" Avstraliya hit-paradlarında ilk onluğa daxil olub. Troy, studiya albomu debütünü isə 2015-ci ildə yayımladığı "Blue Neighbourhood" ilə gerçəkləşdirib. Albomdan ilk sinqlı "Youth" Billboard Hot 100 hit-paradında 23-cü yerdə qərarlaşıb.

Troy Sivan tamaşaçı qarşısına ilk dəfə 2006-cı ildə "" televiziya verilişində iştirakçı kimi çıxmışdır. Bu günə qədər vlogger kimi də fəaliyyət göstərir. Özünə məxsus olan YouTube kanalına video yerləşdirməyə 2012-ci ildə start verib.

Troy Sivan, ikinci studiya albomu olan ""-u 2018-ci ildə çıxarıb. Kifayət qədər uğurlu alınan bu albom, Avstraliya və ABŞ-də satış sayına görə ilk beşlikdə yer alıb. Sinqlı "My My My!" Billboard Dance Club Songs hit-paradında birinci sıraya yüksəlib.

Troy Sivan 2008-ci ildə çəkilmiş "İks-adamlar: Başlanğıc. Şimal porsuğu" filmində Volverinin gənc obrazını canlandırıb. Eyni zamanda, "Spud" film trilogiyasında (2010, 2012, 2014) eyniadlı baş rolu oynayıb. O, 2018-ci ildə "" adlı bioqrafik filmə görə yazdığı "Revelation" mahnısına görə "Ən yaxşı orijinal mahnı" kateqoriyasında “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. Troy, həmin filmdə ikinci dərəcəli rol da ifa etmişdir. 2022-ci ildə The Weeknd ilə "" serialına çəkilib.

Həyatı 5 iyun 1995-ci ildə CAR-da, Yohannesburq şəhərində doğulub. Anası bir vaxtlar Cənubi Afrikada dəb üzrə model olmuş evdar qadın, atası sahibkar və daşınmaz əmlak agenti olub. İki yaşında olarkən, valideynləri ölkədəki cinayətin artmasına görə onu və üç qardaş-bacısını götürərək, Qərbi Avstraliyanın Pert şəhərinə köçüblər. Ortodoks-yəhudi ailədə böyüsə də, özünü hər hansı bir dinə mənsub hesab etmir. Anası, onun Litva yəhudilərindən olan atası ilə evləndikdən sonra İudaizmi qəbul etmişdir. Troy Sivanın nənəsi holokostdan canını qurtarmaq üçün CAR-a sığınmışdı. O, təhsilini Pertdəki özəl Ortodox–yəhudi məktəbi olan "Carmel School"-da alıb. 2009-cu ildən sonra distant təhsilə keçib.

Şəxsi həyatı 7 avqust 2013-cü ildə, ailəsinə açıldıqdan üç il sonra, YouTube-da paylaşdığı videosunda gey olduğunu bildirib. Marfan sindromunun yüngül formasına sahibdir. Keçmişdə dismorfofobiyadan əzziyət çəkib.

Diskoqrafiya

Blue Neighbourhood (2015) (2018) (2023)

Filmoqrafiya Rol aldığı filmlər İlAdRol Qeydlər2009X-Men Origins: WolverineGənc James Howlett2010John "Spud" Milton2013John "Spud" Milton2014John "Spud" Milton 2018 Gary 2022 Caleb 2023 Floyd Səs rolu

Televiziya işləri İlAdRol Qeydlər2006–2008ÖzüOpeninq akt2007Star SearchÖzüFinalist2015 ÖzüXüsusi musiqiçi qonaq2016 ÖzüQonaq (mövsüm 14, epizod 31) ÖzüQonaq; intervüThe Tonight Show Starring Jimmy FallonÖzüQonaq2018 The Ellen DeGeneres ShowÖzüQonaq; intervü (mövsüm 14, epizod 31)ÖzüQonaq; epizod: "Jessica Chastain / Troye Sivan"2019RuPaul's Drag RaceÖzü Qonaq münsif (mövsüm 11, epizod 3) ÖzüQonaq2021 ÖzüQonaq münsif (mövsüm 1, epizod 3)2021 Özü Model2023 Xander 2-ci dərəcəli rol

Teatr İlAdRol Qeydlər2007Regal Theatre2010Qodonu gözləyərkənBoyHis Majesty's Theatre

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstraliya aktyorları Kateqoriya:Avstraliya müğənniləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Homoseksual aktyorlar Kateqoriya:Avstraliya film aktyorları