Valua-Burqundiya sülaləsi (; ) — Valua sülaləsinin bir alt qolu olan fransız əsilzadə ailəsi. Fransa kralı II Robertin törəmələri olan Burqoniya sülaləsindən fərqli olsalar da, hər iki sülalə də Kapetinqlər sülaləsinin alt qoludur.
Fransa kralı II İohannın oğlu Cəsur Filippi 1363-cü ildə Burqundiya hersoqu təyin etməsiylə ailənin əsası qoyuldu. Bu tarixdən etibarən 1482-ci ilədək ailə Burqundiya hersoqluğunu idarə etdi. Yüzillik müharibə boyunca bu ailə qohum olduqları Fransa krallığının bəzi mülklərinə əl qoydular və torpaqlarını genişləndirdilər. Buna baxmayaraq onların müstəqil bir krallıq olma arzuları son hersoq Cəsur Karlın 1477-ci ildə ölümü ilə sonlandı. Sülalənin son hökmdar üzvü isə onun qızı Mariya oldu. Onun Fransadan xaricdə yerləşən bütün mülk və əmlakları ölümündən sonra oğlu Yaraşıqlı Filippə ardından isə mənsub olduğu Habsburq ailəsinə miras qaldı. Burqundiya hersoqluğu isə Fransa krallığına birləşdirildi.
Hersoqlar SıraHersoqSəltənət illəriTaxt hüququ1.Cəsur Filipp 1342-1404
(62 yaş)center|195x195px6 sentyabr 1363 – 27 aprel 1404 Fransa kralı II İohannın oğludur və atası tərəfindən təltif edilmişdir; Sülalənin banisi hesab edilir; Puatye döyüşündə (1356) atasıyla birlikdə ingilislərə əsir düşmüşdür; Flandriya qrafinyası III Marqaritayla baş tutan evliliyi səbəbilə, Arras, Never və Flandriya mülkləriniBurqundiya hersoqluğuna birləşdirmişdir; 1382-1388-ci illərdə qardaşı oğlu olan Fransa kralı Dəli Karlın səltənətində naib olaraq krallığı idarə etmişdir.2.Qorxusuz Con 1371-1419
(48 yaş)center|192x192px27 aprel 1404 –
10 sentyabr 1419 Cəsur Filippin böyük oğludur; Niqbolu döyüşündə (1396) Osmanlılara əsir düşmüşdür; Əmisi oğlu olan Fransa kralı Dəli Karlın səltənətində naib olaraq krallığı idarə etmişdir; Naiblik uğrunda digər əmisi oğlu Orleanlı Lüdoviklə mübarizə aparmış, nəticədə Orlean hersoqunun ölümünə səbəb olmuşdur; Dofen Karlla girişdiyi siyasi mübarizədə qalib gəlsə də, sülh danışıqları əsnasında sui-qəsdlə öldürülmüşdür.3.Xeyirxah Filipp 1396-1467
(70 yaş)center|211x211px10 sentyabr 1419 –
15 iyun 1467 Qorxusuz Conun böyük oğludur; Fransa əleyhinə İngiltərə krallığı ilə müttəfiq oldu və Yüzillik müharibənin talehini dəyişdi; Janna Darkı əsir alaraq ingilislərə satdı; Başda Yan van Eyk olmaqla, bir çox incəsənət xadimini dəstəklədi və hamilik etdi; 3 rəsmi evliliyi, 24 məşuqə və 18 nigahdan kənar övladı olmasına baxmayaraq, özündən sonra geriyə yanız bir oğlu rəsmi varis olaraq qaldı.4.Cəsur Karl 1433-1477
(43 yaş)center|234x234px15 iyun 1467 –
5 yanvar 1477 Xeyirxah Filippin yeganə rəsmi varisi və son Burqundiya hersoqu.5.Mariya 1457-1482
(25 yaş)center|213x213px5 yanvar 1477 –
27 mart 1482 Cəsur Karlın yeganə rəsmi varisi və sülalənin son hökmdar üzvü.
Mənbə
Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363-1477. Boydell Press. ISBN 978-1-84383-162-4