Kənd Həyatı () — Azərbaycan "YouTube" kanalı. Çəkilişlər Qusar rayonunun Hil kəndində aparılır. Kanal ferma həyatı haqqındadır, televiziyada da yayımlanır. Kanalın 8.49 milyon abunəsi var.
Yaradılışı və fəaliyyəti Kanalın yaradıcısı Əmiraslan Rəmixanov COVID-19 pandemiyasına qədər Bakıda aşpazlıq peşəsi ilə məşğul olub və kanalın videolarının əsas qəhrəmanı olan anası Əzizə də Qusarın Hil kəndində bu peşə ilə məşğul idi. Pandemiya dövründə kəndinə qayıdan Əmiraslan "Country Life Vlog" ("Kənd Həyatı") kanalı adı altında YouTube-a videolar yükləməyə başlayıb. Kanal əsasən Azərbaycan və ləzgi mətbəxindən olan yeməklər haqqındadır. Videolara ingiliscə, rusca və çincə subtitrlər əlavə edilir. Daha geniş auditoriyaya sahib olan "Taste Life" kanalı "Kənd Həyatı" kanalının 10-a yaxın videosunu hələ kanal abunəçilərinin sayı az olanda paylaşmışdır.
Rəmixanovlar videoları öz əkin sahələrində çəkirlər və yeməklərin hazırlanmasında öz becərdikləri tərəvəzlərdən istifadə edirlər. Sırf çəkiliş üçün dekorativ görünüşlü kiçik koma da tikilib. Kanalın məşhurluğu Azərbaycandan olan digər video blogerlərin də bu sahəyə maraq göstərməsinə gətirib çıxarıb.
İstinadlar
Xarici keçidlər Rəsmi YouTube kanalı səhifəsi
Kateqoriya:Azərbaycan YouTuberləri Kateqoriya:Qida və içki haqqında YouTube kanalları Kateqoriya:2019-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Kənd mədəniyyəti