Con Kristofer "Kris" Stivens () — 2012-ci ilin iyun ayından 2012-ci ilin sentyabr ayına qədər ABŞ-ın Liviyadakı səfiri vəzifəsində fəaliyyət göstərmiş amerikalı diplomat və hüquqşünas idi.
O, 2012-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Benqazidəki Baş Konsulluğuna edilmiş olan hücum nəticəsində həlak olmuşdur.
Gəncliyi və təhsili
O, Şimali Kaliforniyada böyümüşdür. Onun valideynləri 1970-ci illərin əvvəllərində boşanmışdırlar. Atası ikinci dəfə ailə həyatı qurur və Kristoferin atasının ikinci evliliyindən bir ögey bacısı dünyaya gəlir; anası 1976-cı ildə Marin Simfonik Orkestrində fəaliyyətə başlayan violonçel ifaçısı olmuşdur."Slain ambassador was member of local Chinook Tribe" Chinook Observer. September 13, 2012. Retrieved September 18, 2012. Gənc Stivens Pioner İbtidai Məktəbində oxumuşdur. 1977-ci ilin yay aylarında ABŞ—İspaniya AFS Mədəniyyətlərarası Proqramlarının mübadilə tələbəsi olmuş və daha sonra isə 1978-ci ildə Pidmont Liseyindən məzun olmuşdur; O, 1982-ci ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinin tarix fakültəsini oxumuş və eyni zamanda Alfa Tau Omeqanın bir üzvü olmuşdur. 1983-cü ildən etibarən 1985-ci ilə qədər o, Mərakeşdə xidmət edən bir Sülh Korpusunda könüllü olaraq ingilis dilindən dərs demişdir. 1989-cu ildə Kaliforniya Universitetinin Hastinqs Hüquq Kollecini bitirmişdir. Kristofer Stivens ingilis, ərəb və fransız dilində danışmağı bacarırdı.The death of Chris Stevens, U.S. Ambassador to Libya, hits close to home.
ABŞ Dövlət Departamentində işə düzəlməzdən əvvəl o, mərkəzi Vaşinqtonda yerləşən beynəlxalq səviyyəli bir şirkətdə ticarət hüquqşünası olmuşdur. 26 yanvar 1990-cı ildə Kaliforniya Ştatının Vəkillər Kollegiyasının fəal üzvlüyünə kimi qəbul edilmiş,State Bar of California, Attorney Profile for John Christopher Stevens. Retrieved September 13, 2012. daha sonra isə 1 avqust 1991-ci ildən etibarən ölümünə qədər Kaliforniya Ştatının Vəkillər Kollegiyasının qeyri-aktiv üzv olaraq qalmışdır
ABŞ Dövlət Departamenti
Stivens 1991-ci ildə ABŞ Dövlət Departamentinə qoşulmuşdur. O Dövlət Departamentində aşağıdakı vəzifələrdə fəaliyyət göstərmişdir: Qüdsdə diyasi bölmənin rəisi, Dəməşqdə siyasi məmur, Qahirə konsulluğunda siyasi məmur və Ər-Riyad konsulluğunda iqtisadiyyat üzrə məmur. Vaşinqtonda səfir Stivens Bitərəf Nüvə və Təhlükəsizlik Məsələləri Ofisinin direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Senatın Xarici Əlaqələr Komitəsində senator Riçard Luqar ilə bərabər Person üzvü, siyasi məsələlər üzrə katibin xüsusi köməkçisi, İran masasının xüsusi işçisi, Yaxın Şərq işləri üzrə büroda köməkçi vəzifələrini yerinə yetirmişdir.
Kristofer Stivens əvvəllərdə Liviyada iki dəfə fəaliyyət göstərmişdir: Missiya rəhbərinin müavini (2007 və 2009) və Liviya inqilabı zamanı (2011-ci ilin mart-noyabr ayları ərzində) Milli Keçid Şurasında xüsusi nümayəndə kimi. O, 2012-ci ilin may ayında ABŞ-ın Liviyadakı səfiri kimi Tripoliyə gəlmişdir.
Ölümü
Kristofer Stivens 1988-ci ildə Pakistanda Lyuis Rafelin təyyarə qəzasında ölməsindən sonra vəzifəsini yerinə yetirərkən ölən ilk ABŞ səfiri olmuşdur. Stivens vəzifəsini yerinə yetirən zaman öldürülmüş səkkizinci ABŞ səfiri hesab olunur. 2012-ci il sentyabr ayının 11-də Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna edilmiş hücumda ABŞ səfiri Kristofer Stivens və səfirliyin digər üç əməkdaşı həlak olmuşdur.US confirms ambassador killed in Benghazi Libya BBC News September 11, 2012 Əl-Cəzirə televiziyasının internet saytı Liviya təhlükəsizlik qüvvələrinə istinadən xəbər vermişdir ki, Stivens yanındakı iki təhlükəsizlik əməkdaşı ilə bərabər terrorçuların törətdikləri yanğın zamanı tüstüdən zəhərlənərək ölmüşdür.Libya: Assault on U.S. consulate in Benghazi leaves 4 dead, including U.S. Ambassador J. Christopher Stevens CBS News September 11, 2012 Sentyabr ayının 15-də isə bu hücuma görə məsuliyyəti "Əl-Qaidə" öz üzərinə götürmüşdür.
İstinadlar
Həmçinin bax ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012)
Xarici keçidlər
– U.S. Embassy Tripoli video Memorial site Ambassador Christopher Stevens FB Memorial Page
Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:ABŞ vəkilləri