Mark Giu Paz (4 yanvar 2006, İspaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunda hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusu.
Klub karyerası Barselona Giu Barselona bölgəsinin Qranollers şəhərində anadan olmuşdur. O, karyerasına La Liqa təmsilçilərindən olan "Barselona" komandasının fan-klubu hesab edilən Penya Barselonista Sant Seloni klubunda başlamışdır. 2013-14 mövsümündə Barselona klubuna qoşulan oyunçu özünü illər ərzində "La Masia" akademiyasında inkişaf etdirmişdir. Giu 2023-cü ilin iyun ayında mövsüm öncəsi "Selta de Viqo" klubu və Yaponiya təmsilçisi "Vissel Kobe" klubuna qarşı hazırlıq görüşləri üçün əsas komandaya dəvət edilmişdir. O, komandada qeyri-rəsmi debütünü sonuncu oyunda etmiş və Robert Levandovskini əvəzləyərək meydana daxil olmuşdur.
11 oktyabr 2023-cü ildə Giu La Liqa təmsilçilərindən olan "Qranada" klubu ilə görüş üçün yenidən əsas komandaya çağırılmışdır. Buna baxmayaraq, həmin görüşdə o, meydana daxil olmamışdır. Həmin ay onun adı The Guardian nəşri tərəfindən dərc edilən dünyanın ən yaxşı 2006-cı il təvəllüdlü futbolçuları siyahısına əlavə edilmişdir. 22 oktyabr tarixində Giu "Atletik Bilbao" klubuna qarşı liqa görüşündə karyerasında rəsmi debütünü reallaşdırmışdır. 79-cu dəqiqədə meydana daxil olan futbolçu 23 saniyə sonra topa ikinci toxunuşunda qolla yadda qalmış və komandasına 1-0 hesabı ilə qələbə qazandırmışdır. 17 yaş 291 günlüyündə fərqlənən Giu "Barselona" klubunun La Liqa tarixində ən gənc və ən sürətli qol vuran debütantı olmuşdur.
Üç gün sonra Giu UEFA Çempionlar Liqasında debütünü "Şaxtyor Donetsk" klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. O, turnirdə ilk qolunu 13 dekabr tarixində "Antverpen" klubuna qarşı oyunda vurmuş və komanda 3-2 hesabı ilə qələbə qazanmışdır.
Çelsi 1 iyul 2024-cü ildə Giu İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubu ilə 6 milyon avro qarşılığında beş illik müqavilə imzalamışdır. O, klub ilə debütünü 18 avqust tarixində "Mançester Siti" klubuna qarşı oyunda etmiş və komanda rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Milli karyerası Giu İspaniya millisinin U-17 və U-19 yaş qruplarında çıxış etmişdir.
2023-cü ilin may ayında Giu 2023 Avropa U-17 Çempionatında iştirak etmək üçün İspaniya U-17 millisinə dəvət edilmişdir. O, Paris Brunner, Robert Ramsak və komanda yoldaşı Lamin Yamal ilə birlikdə turnirdə 4 qol vuraraq, turnirin şərikli bombardiri olmuşdur. 2023-cü ilin noyabr ayında Giu 2023 U-17 Dünya Çempionatında milliyə yenidən dəvət almış və turniri iki qolla başa vurmuşdur.
Oyun tərzi Barselonanın gənc məşqçisi İvan Karrasko Giunu "klassik '9' nömrə, meydanda fiziki gücündən əla istifadə edən mütəxəssis" kimi təsvir etmişdir. Bəziləri onu Samuel Eto'o ilə müqayisə edirlər. O, top ilə davranışı əla bacarır, tempi, gücü və verimliliyi ilə digərlərindən fərqlənir. İspan futbol mütəxəssisi Gillem Balage Giunu "qutudakı daha effektiv hücumçu" kimi təsvir etmişdir.
Karyera statistikası
Klub
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolBarselona Atletik2023–24Primera Federasiyası134——42176Barselona2023–24La Liqa3120210072Çelsi2024–25Premyer Liqa1000200030Ümumi karyera175204142278
Uğurları Fərdi UEFA Avropa U-17 Çempionatı bombardiri: 2023 UEFA Avropa U-17 Çempionatı Turnirin Komandası: 2023
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İspaniyada doğulanlar Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Barselona B FK futbolçuları