Nazan Akın Günəş (; ) — +70 kq çəki dərəcəsində mübarizə aparan türk görmə məhdudiyyətli (B3 sinifli məhdudiyyət) cüdoçu. O, 2012 Yay Paralimpiya Oyunlarında gümüş, 2024 Yay Paralimpiya Oyunlarında isə bürünc medalın sahibi olub.
İdman karyerası Akın 2008-ci ildə Almaniya açıq çempionatında bürünc medal qazanıb.
2011-ci ildə o, 63 kq çəki dərəcəsində mübarizə apararaq Türkiyənin Antalya şəhərində keçirilən İBSA Dünya Çempionatında 7-ci olmuş, Birləşmiş Krallığın Krouli şəhərində keçirilən İBSA Avropa Çempionatında isə bürünc medal qazanmışdır.
2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Yay Paralimpiya Oyunlarında Akın əvvəlcə 1/4 finalda bolqar rəqibi İvomira Mixaylovanı məğlub etməyi bacarmış, daha sonra yarımfinalda fransalı rəqibi Selin Manzuolinini də məğlub edərək finala vəsiqə qazanmış və gümüş medalın sahibi olmuşdur. Bundan sonra o, 10 il cüdoya fasilə verib.
2022-ci ildə Bakı şəhərində keçirilən İBSA Cüdo üzrə Dünya Çempionatında iştirak etmiş və +70 kq çəki dərəcəsində bürünc medal qazanmışdır. 2023-cü ildə Hollandiyanın Rotterdam şəhərində keçirilən Avropa Para-çempionatında gümüş medal qazanıb.
Akın 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında qadınlar +70 kq çəki dərəcəsində özbək rəqibi Feruza Erqaşevanı 10:0 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olmuşdur.
Şəxsi həyatı Nazan Akın 1 sentyabr 1983-cü ildə Diyarbəkirdə anadan olub.
İstinadlar
Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında cüdoçular Kateqoriya:Türk qadın cüdoçular Kateqoriya:Türkiyənin paralimpiya cüdoçuları Kateqoriya:Cüdo üzrə Paralimpiya medalçıları