Sevtap Altunoluk () ― görmə məhdudiyyətli türk paralimpiyaçı qolbolçusu. O, 2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Türkiyə milli komandasının üzvü olub.

Altunoluk Türkiyənin Tokat şəhərindəndir. Onun bacısı Sevda Altunoluk da milli qolbolçudur. O, Almaniyanın Rostok şəhərində 2019-cu ildə keçirilmiş Avropa Qolbol Çempionatında milli komandanın tərkibində qızıl medal qazanıb.

İstinadlar

Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar