Vasili Konstantinoviç Blüxer (; 1 dekabr 1889), Sovet İttifaqının marşalı.
Həyatı Birinci Dünya müharibəsindən əvvəl Çar ordusuna qoşulmuş, müharibə zamanı kiçik zabit kimi xidmət etmişdir. 1916-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv olub. 1917-ci il noyabrın sonlarında Qırmızı Qvardiya komissarı olaraq kazak əks-inqilabi Aleksandr Dutovun Çelyabinsk üsyanını dayandırmaq tapşırıldı.
1918-ci ildə komandir kimi Qırmızı Ordu sıralarına qatılıb. Vasili Blüxer Rusiya Vətəndaş Müharibəsi illərində sayılıb-seçilən görkəmli komandirlərdən olub. Çex Legionu üsyanı başlayandan sonra, 1918-ci ilin avqust-sentyabr aylarında komandanlığı altında olan 10 minlik Cənubi Ural Partizan Ordusu 40 gün davam edən davamlı toqquşmalarda 1500 əsgərini itirdi. O, kilometrlərlə irəliləyərək Ağ Ordunun arxasından hücuma keçdi. Bu uğurla o, 28 oktyabr 1918-ci ildə ilk Qırmızı Bayraq ordenini aldı. Daha sonra 51-ci Diviziya ilə Pyotr Wrangel qüvvələrinə qarşı bir sıra uğurlar qazandı. Vətəndaş müharibəsindən sonra 1924–1927-ci illər arasında Çində hərbi məsləhətçi vəzifəsinə təyin edildi.
1930-cu ilin sentyabrında "Qırmızı ulduz" ordenini alan ilk şəxs oldu. 1935-ci ildə Sovet İttifaqı marşalı oldu. Daha sonra Uzaq Şərq Cəbhəsinin komandanlığını öz üzərinə götürdü. O, Həsəngölü döyüşü zamanı qeyri-adekvat komandanlıqda ittiham olunur və 22 oktyabr 1938-ci ildə həbs edilir. 1938-ci il noyabrın 9-da Moskvanın Lefortovo həbsxanasında işgəncələrə məruz qalaraq öldürülüb. Bir mənbəyə görə o, Stalinin göstərişi ilə edam edilib.Roy Medvedev, Let History Judge, 1971
Qalereya
Həmçinin bax "Qırmızı ulduz" ordeni İosif Stalin
Mənbə
Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Sovet İttifaqı marşalları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Donskoye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Repressiyaya uğramış hərbi xadimlər Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar