Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.

Əhalisi Əhalisinin sayı 2931 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimikası Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.

Din Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Xarici keçidlər Şilyan: özü, sözü, çeşmənin gözü.

İstinadlar

Kateqoriya:Ucar rayonunun kəndləri