Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdioğlu () — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir.
Həyatı Mirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayı Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır.
Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1786-cı ildə anadan olub. O, Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır.
Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib. 80 ailə onun ixtiyarında olmuşdur. О, çar hakimiyyətinə xidmət etməsinə baxmayaraq, talış xanlarına sədaqətli qalıb. Bu isə onun atası Mirzə Xudaverdinin Talış xanları Mir Mustafa xan və Mir Həsən xanın vəziri işləməsi ilə bağlıdır.
Tarixçi bir çox hadisələrin müşahidəçisi və iştirakçısı olduğu üçün Talış xanlığının ictimai-siyasi həyatına aid məlumatları öz "Əxbarnamə" əsərində verib.
Mirzə Əhmədin "Əxbarnamə" əsərinin sonunda farsca belə bir qeyd vardır:
Ehtimal olunur ki, tarixçi 1880-ci illərdə vəfat edib.
Hazırda Astara rayonunun Pensər kəndində onun yaşadığı ev qəzalı vəziyyətdədir.
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Talış tarixçilər