İohann Qustav Bernhard Droyzen (; ), Pomeraniya, - 19 iyun 1884, Berlin ) — alman tarixçisi, Berlin, Kil və Yena universitetlərinin professoru. O, ilk dəfə ellinizmin sistemli tədqiqinə müraciət edərək bu termini təqdim etmişdir.

Elmi əsərləri Droyzen Esxil (1831) və Aristofanı (1836-1838) tərcümə etmiş, " Makedoniyalı İskəndərin tarixi" (1833), eləcə də " Ellenizm tarixi" (1836-1843) əsərlərini yazmışdır. Droyzen gənc bir alim üçün təəccüblü cəsarətlə (onun hələ 30 yaşı olmamış) elmi dövriyyəyə "ellinizm" terminini gətirmiş, bununla da Şərqi Aralıq dənizi ölkələrinin tarixindəki tarixi dövrü İsgəndərin yürüşlərindən səciyyələndirdi. Bu mənada onu layiqincə “Orta əsrlər”in “ixtiraçısı” Kristofer Keller (Cellarius) və “Renessans” konsepsiyasının yaradıcıları Jül Mişle və Yakob Burkhardtla bərabər tutmaq olar. Droyzen ellinizmi yeni antik dövr adlandıraraq, bu anlayışla ellinistik, yəni sırf ellin deyil, şərq elementləri ilə qarışmış bir mədəniyyət kimi təsnif etmişdir. Droyzen Makedoniyanın işğalçılıq siyasətini qədim tarixin hərəkətverici başlanğıcı hesab edirdi.

Droysen Makedoniyalı İsgəndərin fəaliyyətini XIX əsr alman tarixindəki hadisələrlə müqayisə etdi, həmçinin II Filippin Yunanıstanın birləşməsi ilə Almaniyanın birləşməsi arasında analoqlar apardı.

Almaniyanın birləşdirilməsini Prussiyanın borcu hesab edən Droyzen öz tədqiqatını aktual siyasi problemlərin həllində mühüm yardımçı hesab etmiş və həyatının 30 ilindən çoxunu bu işə həsr edərək Prussiyanın tarixini gələcək birləşmiş Almaniyanın tarixdən əvvəlki tarixi kimi qələmə verdi.

İngiltərədən nüfuz edən pozitivizm və təbii elmi qanun prinsipindən fərqli olaraq, o, “Alman tarixi məktəbi”nin prinsiplərinin nəzəri formalaşdırılmasını verməyə cəhd etdi. Droyzenin "Tarixçinin oçerkləri" ( 1868 ) Humboldtun ideyalar və tərəqqi təliminə qayıdır və Şleyermaxer və " tarixi məktəb " ruhunda tarixi metodun özəlliyini onun "anlamaq" sənəti olmasında görür ( Verstehen).

İstinadlar

Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Prussiya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri Kateqoriya:Berlində dəfn olunanlar Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:Kil Universitetinin müəllimləri Kateqoriya:XIX əsr alimləri Kateqoriya:Almaniya tarixçiləri Kateqoriya:Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Berlin Humboldt Universitetinin məzunları Kateqoriya:Berlində vəfat edənlər Kateqoriya:1884-cü ildə vəfat edənlər Kateqoriya:19 iyunda vəfat edənlər Kateqoriya:1808-ci ildə doğulanlar Kateqoriya:6 iyulda doğulanlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri