Livanda peycer partlayışları — Livanın siyasi partiyası və milisləri olan Hizbullah tərəfindən istifadə edilən minlərlə əl peycer eyni vaxtda Livan və Suriyada partlaması hadisəsi. Adı açıqlanmayan New York Times mənbələrinə görə, İsrail kəşfiyyat xidmətləri peycerlərin çatdırılmasını ələ keçirmiş və onları partlayıcı materiallarla saxtalaşdırmışdı. Əsasən Hizbullah üzvləri olan ən azı 12 nəfər öldürüldü və 2750-dən çox insan yaralandı.
İstinadlar
Kateqoriya:2024-cü ildə beynəlxalq münasibətlər Kateqoriya:Kibermüharibə Kateqoriya:İsrail–Livan münasibətləri Kateqoriya:Livan–Suriya münasibətləri Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:Yaxın Şərq böhranı (2023–hal-hazırda) Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:İsrailin müharibə cinayətləri Kateqoriya:Məqsədli qətllər