Warframe — Digital Extremes tərəfindən hazırlanmış və nəşr edilmiş, pulsuz oynanılan, rol, üçüncü şəxs atıcı multiplayer onlayn oyunudur.

İlk dəfə 2013-cü ilin martında Windows kompüterləri üçün buraxıldı, daha sonra 2013-cü ilin noyabrında PlayStation 4, 2014-cü ilin sentyabrında Xbox One, 2018-ci ilin noyabrında Nintendo Switch, 2020-ci ilin noyabrında PlayStation 5, 2021-ci ilin aprelində Xbox Series X/S və iOS-a 2024-cü ilin fevralında köçürüldü. Hazırda oyunun 70 milyon oyunçusu var

Warframe-də oyunçular, anabiozdan oyanan qədim döyüşçülərin irqi olan Tenno oyunçularını idarə edir. Uzaq gələcəkdə yuxudan oyanaraq, özlərini müxtəlif fraksiyalarla müharibə vəziyyətində tapırlar. Tenno tapşırıqları yerinə yetirmək üçün müxtəlif silahlar və bacarıqlarla birlikdə Varfreym-lərdən istifadə edir (ingilis dilindən eponim War — müharibə, döyüş; frame — çərçivə).

Oyuna atışma və qarşılaşma oyunları, parkur və rol oynama elementləri daxildir. Oyun həm aciq ətraf mühitə qarşı oyun, həm də oyunçu oyunçuya qarşı elementlərini əhatə edir.

Warframe layihəsinin konsepti Digital Extremes şirkətinin inkişafçılarının ağlına 2000-ci illərin əvvəllərində gəldi və onlar uzun müddət "Dark Sector" adlanan oyunun üzərində işləyirdilər. Bu layihə, nəşriyyatçı tapmadığı üçün bağlandı. 2008-ci ildə Digital Extremes başqa bir oyunu, həmçinin "Dark Sector" adı altında, lakin qismən əvvəlki tərtibatlardan istifadə edərək buraxdı. Daha sonra studiya ilkin konseptə qayıtdı və oyunun adını "Warframe" olaraq dəyişdi. 2013-cü ildə istifadəyə verilmiş oyun əvvəlcə geniş populyarlıq qazanmadı və oyun qarışıq rəylər aldı, lakin növbəti illərdə inkişafçılar onu daim təkmilləşdirib və yeniliklərlə zənginləşdirdilər. 2018-ci ilə qədər oyunda qeydiyyatdan keçən oyunçuların sayı təxminən 50 milyona çatdı və eyni vaxtda aktiv olan oyunçuların sayı 120 mindən çox idi.

Gameplay Gələcəkdə baş verən hadisələrdə oyunçular Tenno adlanan döyüşçüləri idarə edirlər. Bu döyüşçülər Yer üzündə minilliklər boyu yatmış və keçmişlərini xatırlamadan oyanmış insanlardır. Oyun daxilində Günəş Sisteminə "Origin System" deyilir. Tenno bu dünyada fərqli düşmənlərlə qarşılaşır:

Grineer — matriarxal sistemlə idarə olunan, hərbiləşdirilmiş insan klonları olan irqdir. Onlar yalnız müharibələrlə məşğuldurlar. Korpus — qabaqcıl robot texnologiyası və lazer sistemləri ilə təchiz olunmuş mega-korporasiyadır. Onların əsas məqsədi mənfəət və iqtisadi güc qazanmaqdır. Infested — technocyte virusuna yoluxmuş, eybəcər varlıqlardır. Sentients — keçmişdə Orokin adlı transhuman irq tərəfindən yaradılmış, özünü çoxaldan maşın irqidir. Corrupted — qədim Orokin qüllələrini qoruyan, beyni yuyulmuş Grineer, Corpus və Infested əsgərləridir.

Tenno-nun sirli bələdçisi olan Lotus oyunçulara çətin anlarda kömək edir və düşmənləri məğlub etmək üçün ipucları verir. Tenno-lar isə unikal biomexaniki kostyumlar olan Varfreym-lərdən istifadə edərək mübarizə aparırlar.

Oyunda qarşılaşdığınız bütün fraksiyalar, o cümlədən Tenno, köhnə Orokin İmperiyası tərəfindən yaradılıb və bu imperiyadan ayrılmış qruplardır.

virtual olaraq Tenno'nun oyanışı zamanı onların demək olar ki, hamısı çoxdan ölüb, amma, onların uzunmüddətli mövcudluğu hələ də Origin Systemmənşə sistemində hiss edilə bilər. İmperiyaları süqutundan əvvəl, Orokinlər resursların tükənməyə başladığını başa düşmüşdülər və imperiyanı yaşatmaq üçün yeni ulduz sistemlərini koloniyalaşdırmağı qərara aldılar. Onlar kolonizasiya gəmilərini Void vasitəsilə göndərdilər. Bu, ulduz sistemləri arasında sürətli səyahətə imkan verən trans-dimensionölçülər arasında və dünyalar arasında məkandır. Bundan əvvəl isə Sentientlər Tau sistemini tabe etmək üçün oraya göndərilmişdi ki, kolonistlər oraya çatanda insan həyatı üçün uyğun planetlərə gəlsinlər. Ancaq bu kolonizasiya gəmiləri geri qayıtmadı və göndərilən Sentientlər isə geri dönüb Orokinləri məhv etməyə qərar verdilər. Bu, Köhnə Müharibəyə,Old War Tennonun yaranmasına və nəhayət, imperiyanın süqutuna səbəb oldu.

Oyunun 2015-ci ilin dekabrında təqdim olunan "The Second Dream" adlı tapşırığında oyunçu Lotusun əslində Nata adlı Sentient olduğunu öyrənir. Nata, öz nəsil artırma qabiliyyətini itirdikdən sonra Tenno'nu qorumaq üçün Sentientlərə qarşı üsyan etmiş və onları övladları kimi qəbul etmək istəmişdir. Onun atası Hunhau, qisas almaq üçün Stalker adlı bir qatil göndərir. Stalker, Lotusun Void-da gizlətdiyi Lua-da (Ayının qalıqları) sirrini açmağa çalışır. Lotus, Tenno'nu oraya göndərir, amma gec olur, çünki Stalker Lotusun qoruduğu varlığı üzə çıxarır: Operator adlı bir insan uşağı. Bu uşaq əslində Varfreym-ləri idarə edən Tennodur. Operator, Zariman "Ten Zero" koloniyası gəmisinin Void-dən keçişini sağ çıxan bir neçə uşaqdan biridir, çünki böyüklərin hamısı bu səyahətdən dəli olmuşdu. Gəmi Orokin İmperiyasına qayıtdıqda, bu uşaqlar minlərlə ilə yatızdırıldılar və imperiyanın süqutundan sonra Lotus tərəfindən tapıldılar və Tennoya çevrildilər. Void-un gücü onlara köçürmə qüvvəsi gücü bəxş etdi, bu güc Varfreym-ləri idarə etməyə imkan verirdi və onları Origin Sistemindəki qüvvələrə qarşı güclü silah etdi. Bundan sonra oyunçu həm Varfreym, həm də Operator olaraq missiyalar tapşırığlarında iştirak edə bilər.

Müxtəlif yeniləmələr vasitəsilə "The Second Dream" tapşırığından sonra oyunun hekayəsini genişləndirən yeni missiyalar təqdim olunub. "The War Within" adlı kvest, Grineer İmperatorlarının başçısı olan Grineer KraliçalarınıGrineer Queens və onların asteroid əsasında yerləşən Kuva QalasınıKuva Fortress tanıtdı. Bu tapşırıq həmçinin Operatora tamamilə öz başına hərəkət etmək bacarığını verdi, beləliklə, Operator artıq tək istifadəlik hücum deyil, oyunda ayrıca idarə olunan bir varlıq kimi çıxış edə bilərdi. Sonrakı tapşırıqlarda isə oyuna sirli bir varlıq olan "The Man In The Wall" daxil edildi. Bu varlıq, çox güman ki, Void-dan gəlir və onu görən şəxsə oxşayır, ən çox da Operator şəklində görünür. Digər bir şəxsiyyət isə Ballas-dır, o, sağ qalan son Orokinlərdən biridir və Varfreym-lərin yaradılmasında məsul şəxs olduğu düşünülür.

Oyun bir nəfərdən dörd nəfərə qədər oyunçunu dəstəkləyir. Oyunçular fərqli bacarıqlara və xüsusiyyətlərə sahib olan Varfreym-ləri idarə edir və 4 fərqli silah tipi ilə təchiz olunurlar:

əsas silahlar (məsələn, tüfənglər, avtomatlar, yaylar və ya snayper tüfəngi) ikinci dərəcəli silahlar (ümumiyyətlə tapança, həmçinin avtomatik tapançalar, atılan silahlar) yaxın döyüş silahları (qılınclar, cüt qılınclar, xəncərlər, baltalar, tırpanlar, gleflər, əlcəklər və s.) xüsusi texnoloji parazon bıçaqları (düşmənləri sonlandırmaq və ya konsolları sındırmaq üçün istifadə olunan bıçaqlar).

Oyunçular, düşmənləri məhv etdikləri, missiyaları və tapşırıqları yerinə yetirdikləri üçün təcrübə balları qazanırlar ki, bu da onların silahlarının və zirehlərinin səviyyəsini artırır. Warfram-lər və silahlar modifikasiya oluna bilər. Bəzən mövcud olan warfram-lər üçün "Prime" versiyaları buraxılır, bu versiyalar daha təkmil xüsusiyyətlərə və dəyişdirilmiş dizayna malikdir. Oyunçular, eyni zamanda, tapşırıqları başa çatdırmaq və ya qapıları açmaq (izolyasiyadan çıxmaq və ya missiyanın hədəfinə çatmaq üçün yollar açmaq) üçün mini oyun tərzində təqdim olunan bulmacaları çox qısa müddətdə həll etməlidirlər.

Missiyalar və tapşırıqlar Hazırda oyunda 25 müxtəlif əlavə tapşırıq növü mövcuddur. Əsas tapşırıqdan asılı olmayaraq, təsadüfi olaraq əlavə tapşırıqlar və ya əlavə hədəflər təyin oluna bilər, amma bu tapşırıqlar əsas vəzifə tamamlanana qədər məlum olmur və aktivləşdirilmir. Tapşırıqlar Günəş sistemindəki bütün planetlərə, həmçinin Pluton, Ceres, Erida və Sedna kimi cırtdan planetlərə və Marsın peykləri olan Phobos və Deimos-a paylanmışdır. Tapşırıqlar sonlu və sonsuz missiyalara bölünür.

Sonlu tapşırıqlar başlanğıc nöqtəsinə və məqsəd yerinə çatdıqdan sonra tərk etmə nöqtəsinə malikdir. Tapşırıqlardan bəziləri aşağıdakılardır:

Planetin qovşağı (Junction) – yeni planetə keçmək üçün Tenno'nu qoruyan Varfreym Specter-ini məğlub etmək lazımdır. Tapşırığı başlamaq üçün xəritədə müəyyən tələblər yerinə yetirilməlidir.

Qətl (Assassination) – hər planetdə unikal bir boss düşməni məğlub etməli olan tapşırıqdır. Tapşırıqdan sonra oyunçulara silah və ya Varfreym yaratmaq üçün komponentlər verilir.

Əsir alma (Capture) – oyunçular təyinatlı hədəfi tapıb onu məğlub etməli və əsir götürüb təxliyə nöqtəsinə çatmalıdırlar.

Xilas etmə (Rescue) – oyunçular bir neçə girovu xilas edib təhlükəsiz təxliyə nöqtəsinə çatdırmalıdırlar.

Diversiya (Sabotage) – oyunçular düşmənin bazasına girib mühüm obyektləri məhv etməlidir. Boşluqda (planet tipi, ing. - void) məqsəd və ona çatmağın yolu fərqlidir. Mühüm obyekti məhv etmək üçün oyunçular öz yanaşmalarını seçə bilərlər: onu partlatmaq, dondurmaq və ya maqnit anomaliyasına səbəb olmaq. Gəmilərdə (galeon) və Boşluqda (void) təxribat missiyalarında üç gizli konteyner var hansınlari ki oyunçular tapsalar əlavə mükafat alacağlar.

Pətək hücumu (Hive) – oyunçular düşmənlərin hücumunu dəf edərək üç pətəki məhv etməlidirlər. Pətək hücumu diversiyaya bənzər bir missiyadır, lakin düşmənlər yalnız yoluxmuş fraksiyadır. Missiyanın məqsədi zona ətrafına səpələnmiş, bir neçə "şiş" ilə qorunan 3 pətəyi məhv etməkdir - pətəyin yaxınlığında keçilməz maneə yaradan kiçik sarı obyektlər və pətəyi məhv etmək üçün əvvəlcə bütün "şişləri" məhv etməlisiniz. Bu missiya növü də gizli konteynerləri ehtiva edir.

Mobil müdafiə (Mobile Defense) – oyunçular müəyyən edilmiş məntəqələrdə terminalları qorumalıdırlar.

Casusluq (Spy) – oyunçular məlumat saxlayan üç terminalı sındırmalı və məlumatları oğurlamalıdırlar.

Məhv etmə (Exterminate) – oyunçular müəyyən sayda düşmənləri məğlub etməlidir.

Atışma – (Skirmish) missiyasında olduğu kimi, oyunçulardan Railjack-in köməyi ilə düşmən donanmasının müəyyən sayda gəmisini məhv etmək tələb olunur, bəzən müəyyən yerlərdə bir bossla (Galleon kapitanı və ya Asteroid Bazasının komandiri). Missiya həm tamamilə açıq kosmosda, həm də gəminin özündə baş verir.

Qaçış (Hijack) – oyunçular böyük obyektləri təxliyə nöqtəsinə çatdırmalıdırlar.

Təqib (Pursuit) – missiyasında kosmosda bir kuryeri məhv etmək unikal archwingaçıq kosmosda uçuş üçün qanad formasında texnoloji aparat missiyasıdır.

Irəlləyiş (Rush) – Archwing missiya növü, kosmosda düşməni məhv etməkdir.

Sonsuz tapşırıqlar dövrü olaraq davam edir və hər dövr üçün mükafatlar verilir. Sonsuz missiyalarda düşmənlərin gücü hər dövr ilə artır. Bu tapşırıqlara Müdafiə (Defense), Yaşama (Survival), Əsir alma (Interception), Qazıntı (Excavation) və digərləri daxildir.

Xüsusi tapşırıqlar:

Kabus rejimi (Nightmare Mode) – adi tapşırıqlara əlavə çətinlik gətirir və unikal mükafatlar verir. Bu rejimdə oyunçular təsadüfi modifikatorlarla daha çətin şəraitdə oynayır, məsələn, vaxt məhdudiyyəti, enerji itkisi və ya zəif cazibə qüvvəsi.

Oyun zamanı tapşırığın məqsədi dəyişə bilər. Məsələn, Casusluq (Spy) tapşırığında aşkar edilsəniz, tapşırıq Məhv etmə (Exterminate) çevrilə bilər, yəni bütün düşmənləri məhv etməli olacaqsınız.

Fraksiyalar Hazırda oyunda 7 fraksiya mövcuddur, bunlardan beşi düşməndir, biri isə hər kəsə hücum edən vəhşi heyvanlara aiddir. Oyunçuların oynadığı fraksiya Tenno adlanır, keçmiş Orokin dövrünün döyüşçülərinin nəsilləridir. Uzun illər davam edən müharibədən sonra Tenno sağ qalıb və əsrlərlə süni yuxu vəziyyətində olub, taki Lotus onları oyadana qədər. Lotus sirli (lakin dostyana) bir varlıqdır və missiyalarda Tennoya rəhbərlik və kömək edir.

Sindikatlar