Aydan Cerald Borland (25 aprel 2007, Qlazqo, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu.

Klub karyerası Borland peşəkar futbolçu karyerasına yerli "Seltik" klubunda başlamışdır. 2024-cü ilin mart ayında İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunun akademiyasına qəbul olmuşdur. 29 aprel 2024-cü ildə Borland klub ilə uzunmüddətli ilk peşəkar müqaviləsini imzalamışdır.

Borland peşəkar karyerasında debütünü 24 sentyabr 2024-cü ildə "Uikom Uonderers" klubuna qarşı İngiltərə Liqa Kuboku görüşündə etmişdir. O, meydana əvəzetmədən sonra daxil olmuş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Borland Şotlandiya millisinin U-16, U-17 və U-19 yığmalarında bir müddət çıxış etmişdir.

Karyera statistikası

+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolAston Villa2023–24Premyer Liqa————10102024–25000010000010Ümumi karyera000010001020

Uğurları Aston Villa U-21

Birminhem Kuboku: 2023-24

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şotlandiya futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Seltik FK futbolçuları Kateqoriya:Qlazqoda doğulmuş futbolçular Kateqoriya:Svindon Taun FK futbolçuları Kateqoriya:Şotlandiyanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri