thumb|Minni 2018-ci ildə. Nişa Yontararak (; ) və ya tanınan səhnə adı ilə Minni (; ) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "I-dle" qrupunun üzvüdür. 21 yanvar 2025-ci ildə "Her" adlı minialbomu ilə solo debütünü gerçəkləşdirmişdir.

İlk illəri Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur. Minni Vattaya Vattaya Akademiyasında təhsil almış və Banqkokda yerləşən bir musiqi məktəbinə daxil olmuşdur. Dörd il çin dilini öyrənmişdir.

Minni 2014-cü ilin sentyabrında "Cube Entertainment" tərəfindən Tailandda keçirilmiş seçimlərə qatılmış və 2015-ci ildə Cənubi Koreyaya gəlmişdir. O, 23 mart 2016-cı ildə ictimaiyyətə təqdim olunmuşdur.

Karyerası Minni 2 may 2018-ci ildə "(G)I-dle" qrupunun üzvü kimi "Latata" mahnısı və "I Am" minialbomu ilə debüt etmişdir. O, unikal və cəlbedici səsinə görə müsbət rəylər almışdır.

Minni qrupunun "I Made" adlı ikinci minialbomuna daxil olan "Blow Your Mind" mahnısının bəstələnməsində və yazılmasında iştirak etmişdir. Mahnı üçün musiqi videosunu özü hazırlamışdır. "(G)I-dle"ın Yaponiyadakı debüt albomu "Latata" üçün "For You" mahnısını bəstələmişdir. 18 oktyabr 2019-cu ildə Avstraliya–Çin müğənnisi Venqi ilə birlikdə "Empire" mahnısını buraxmışdır. 2020-ci ildə Minni qrupu üçün "I'm the Trend" və "Tung-Tung (Empty)" mahnılarının yazılmasında və bəstələnməsində iştirak etmişdir. "I'm the Trend" mahnısı qrupun fanatlarına həsr olunmuşdur. "Tung-Tung (Empty)" mahnısı isə bir vaxtlar dolu olan, lakin indi boş olan bir ürəkdən bəhs edən emosional mahnıdır.

Minni 2021-ci ildə "Yəni buna dəyməz" serialında aktrisa kimi debüt etmişdir. Müxtəlif ölkələrdən olan tələbələrdən bəhs edən bu serialda Minni özünün uydurulmuş versiyasını canlandırmışdır. Bu versiya Koreya seriallarını çox sevən tay qızdır. Oktyabrda "Mənim təhlükəli arvadım" serialı üçün "Getaway" mahnısını və Miyonla birlikdə "Do Do Sol Sol La La Sol" serialı üçün "We Already Fell In Love" mahnısını oxumuşdur.

Qrupun 11 yanvar 2021-ci ildə buraxılmış "I Burn" minialbomuna daxil olan "Moon" və "Dahlia" mahnılarını bəstələmişdir. 23 sentyabrda tay repçilər F. Hero və UrboyTJ ilə "Money Honey" mahnısını buraxmışdır. 3 dekabr 2024-cü ildə solo debüt edəcəyi və albom buraxacağı açıqlanmışdır. Alboma daxil olan "Blind Eyes Red" sinqlı 7 yanvar 2025-ci ildə buraxılmışdır. Minninin "Her" adlı ilk minialbomu 21 yanvarda buraxılmışdır.

Sponsorluqlar Minni debüt etməzdən öncə Uqi və Şuhua ilə birlikdə "Celeb's Secret" dəriyə qulluq brendinin modeli olmuşdur. 2022-ci ilin iyulunda "Webtoon Thailand" Minnini yeni kampaniyası üçün model seçmişdir. Həmin ay Minni "MAC Cosmetics"in yeni muzası seçilmişdir. 2022-ci lin avqustunda Cənubi Koreyanın "Laura Laura" geyim brendinin muzası kimi açıqlanmışdır. 2022-ci ilin sentyabrında Uqi ilə birlikdə "ACBF" geyim brendinin modeli olmuşdur.

Diskoqrafiya

Minialbomlar "Her" (2025)

Sinqllar

İstinadlar

Kateqoriya:Tailand müğənniləri Kateqoriya:K-pop musiqiçiləri Kateqoriya:Tailand aktrisaları Kateqoriya:XXI əsr müğənniləri