I Made () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci minialbom. 26 fevral 2019-cu ildə buraxılmışdır. Minialbom əsas sinql "Senorita" daxil olmaqla, 5 trekdən ibarətdir.
Buraxılması 10 fevral 2019-cu ildə "Cube Entertainment" 26 fevral 2019-cu ildə qrupun "I Made" adlı ikinci minialbomunun buraxılacağını açıqlamışdır. 13 fevralda minialboma daxil olan treklərin siyahısı yayımlanmışdır. Albomun əsas sinql "Senorita" daxil olmaqla 5 mahnıdan ibarət olduğu açıqlanmışdır. Qrup üzvü Minni ilk dəfə mahnı bəstələmədə iştirak etmişdir.
20 fevralda albom üçün tizerlər yayımlanmışdır. Albom 26 fevralda rəqəmsal olaraq, növbəti gün fiziki olaraq buraxılmışdır. "Blow Your Mind" üçün Minni tərəfindən hazırlanmış klip 19 fevralda buraxılmışdır. "Senorita" mahnısının klipi 26 fevralda buraxılmışdır. Bu klip 21 saat ərzində 5 milyon YouTube baxışı almışdır.
Kompozisiya "I Made" 16 dəqiqə uzunluğunda olan, 5 trekdən ibarət olan minialbomdur. Albom latın musiqisi, rəqs-pop, ballada, qaranlıq R&B və EDM janrlarındadır. Albomun böyük hissəsi Soyon tərəfindən yazılmışdır. Minni sonuncu trekin hazırlanmasında iştirak etmişdir. Açılış treki "Senorita" albomun əsas sinqlıdır.
Qəbul Albom Cənubi Koreya albomları üçün nəzərdə tutulmuş həftəlik "Gaon" hit-paradında ikinci yerə yüksəlmişdir.
Trek siyahısı
İstinadlar
Kateqoriya:I-dle minialbomları Kateqoriya:2019-cu ilin minialbomları