Recai Kutan (; ) — türkiyəli siyasətçi

Həyatı 5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb.

1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib.

1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub.

1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu. Onun həyat yoldaşı Mebrure Kutan 12 noyabr 2009-cu ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.

7 oktyabr 2024-cü ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:TBMM XX çağırış deputatları Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:Türkiyənin energetika və təbii sərvətlər nazirləri Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri