Dünya müharibəsi Z (orijinal adı: World War Z) — 2013-cü ildə yayımlanmış qorxu, dram və döyüş filmidir.
Bred Pittində baş rolda olduğu filmdə Cənubi Koreyada meydana çıxan bir virusun insanları canlı ölülərə çevirməsi və insanlığın iki yerə ayrılmasından bəhs edilir. Bred Pittin baş rolda oynadığı və eyni zamanda da prodüseri olduğu film insanlar və zombilər arasında baş verən qeyri-adi müharibədən bəhs edir. Film Maks Brouksun 2006-cı ildə yazdığı Dünya müharibəsi Z kitabına əsaslanaraq çəkilmişdir. Filmdə Bred Pitt zombi pandemiyasını dayandırmağın yollarını tapmaq üçün dünyanı gəzərək ipucu əldə etməyə çalışan keçmiş Birləşmiş Millətlər Təşkilatının tədqiqatçısı Cerri Leyn obrazına həyat vermişdir.
2009-cu ildə Metyu Maykl Karnahan filmin ssenari xəttini yenidən yazması üçün işə qəbul edilmişdir. Filmin çəkilişləri 2011-ci ilin iyul ayında Maltada təxmini olaraq 125 milyon dollarlıq bir büdcə ilə başlamışdır. Filmin davam çəkilişləri isə 2011-ci ilin avqust ayında Qlazqo, 2011-ci ilin oktyabr ayında isə Budapeşt şəhərində olmuşdur. Filmin əvvəlcə 2012-ci ilin dekabr ayında nümayiş etdirilməsi nəzərdə tutulsa da, filmin istehsalı zamanı bəzi problemlər baş vermişdir. 2012-ci ilin iyun ayında filmin nümayiş tarixi təxirə salınmış və filmin çəkiliş heyəti yeddi həftəlik əlavə çəkilişlər üçün Budapeştə qayıtmışdır. Filmin üçüncü hissəsini yenidən yazmaq üçün Deymon Lindelof işə götürülmüş, lakin onun ssenarini bitirməyə vaxtı olmadığı üçün onu yenidən yazmaq işi bu dəfə Dru Qoddarda həvalə edilmişdir. Filmin yenidən çəkilişləri 2012-ci ilin sentyabr-oktyabr ayları arasında baş tutmuş və bu çəkilişlər filmin büdcəsini 190 milyon dollara qədər artırmış, lakin, bəzi buraxılışlar bu rəqəmi 269 milyon dollara çatdırmışdır.
Dünya müharibəsi Z filminin premyerası 2 iyun 2013-cü ildə Londonda baş tutmuş, 35-ci Moskva Beynəlxalq Film Festivalının açılışında nümayiş etdirilmiş və 21 iyun 2013-cü ildə ABŞ-də 2D və RealD 3D formatında nümayiş olunmuşdur. Film, həmçinin ən yaxşı qorxulu səhnə nominasiyası üzrə MTV Film Mükafatını əldə etmişdir.
Film Bred Pittin performansına və zombi janrının real təsvirinə görə müsbət rəylər almış olsa da, lakin o anti-klimaks, köhnəlmiş CGI-dən (kompüter əsaslı qrafika) istifadə və mənbə materialının olmamasına görə müəyyən tənqidlər də almışdır. Bütün bunlara baxmayaraq, film kommersiya nailiyyəti əldə edərək 190 milyon dollarlıq istehsal büdcəsinə qarşı 540 milyon dollardan çox gəlir əldə etmiş və bu nəticə ilə də bütün zamanların ən çox gəlir gətirən zombi filmi olmuşdur. Filmin nümayişindən qısa bir müddət sonra onun davam filminin olacağı da elan edilmiş, lakin büdcə problemlərinə görə 2019-cu ilin fevral ayında bu iş ləğv edilmişdir.
İstinadlar
Kateqoriya:Bred Pittin prodüseri olduğu filmlər Kateqoriya:İngiliscə filmlər
Xarici keçidlər
Kateqoriya:Nyu-Cersi haqqında filmlər Kateqoriya:2013-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Filadelfiya haqqında filmlər Kateqoriya:2013-cü ilin döyüş filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:Macarıstanda çəkilmiş filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:Viruslar haqqında filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Postapokaliptik filmlər Kateqoriya:Apokaliptik filmlər Kateqoriya:Texno triller filmləri Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:Skydance Media filmləri Kateqoriya:Birləşmiş Krallıq haqqında filmlər Kateqoriya:Cənubi Koreyada çəkilən filmlər