Britaniya Xəzər flotiliyası — Krallıq donanmasının 1918-ci ildə Xəzər dənizində yaradılan hərbi dəniz qüvvələri. O, Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsinin bir hissəsi idi. Donanma ilkin olaraq 1919-cu ilə qədər Qara dəniz və Xəzər eskadronuna tabe idi.

Tarixi right|250px Qüvvənin yaradılması haqqında qərar 1918-ci il iyulun 11-də Bağdaddakı İngilis hərbi qərargahında qəbul edildi. Onun iki məqsədi var idi: Trans-Xəzər dəmiryolunun şərq sahil terminalı olan Krasnovodsku ələ keçirmək və bununla da Türkmənistandakı Britaniya Malleson missiyasına dəstək vermək. Bakının və onun ətrafındakı neft yataqlarının almanların və ya Osmanlı imperiyasının əlinə keçməsinin qarşısını almaq.

Qüvvə 1918-ci ilin sentyabrında komandir David Norrisin komandanlığı altında yaradılmışdır. Norris dəniz silahlarını daşıyan yük maşınları karvanı ilə Bağdaddan Ənzəliyə avtomobil yolu ilə getmişdi. Qüvvə 1919-cu ilin yanvarında Batumidən qatarla göndərilən 12 sahil motorlu qayığı ilə gücləndirildi."The Royal Navy on the Caspian, 1918–1919". Naval Review, 7/8 1919–20. pp87-99 and 218-240* Bu gəmilər daha sonra Kral Dəniz Piyadaları tərəfindən qorunan ekipaj tərəfindən idarə edilən dəniz silahları ilə silahlandırılmışdı.

Flotiliyanın Ənzəli və Krasnovodskda bazaları var idi və əlavə olaraq Bakı, Mahaçqala (Çeçen adası), Fort Aleksandrovskdakı Britaniya quru hissələri arasında rabitə əlaqəsi yaradırdı. Flotiliya 1919-cu ilin mayında bolşevik flotiliyasına qarşı Fort Aleksandrovski döyüşündə qələbə qazanmışdı.

Flotiliyaya daxil olan gəmilər: HMS Kruger (flaqman) HMS Venture HMS Asia HMS Windsor Castle HMS Emile Nobel HMS Orlionoch İstinadlar

Kateqoriya:Rusiyada vətəndaş müharibəsi Kateqoriya:1918-ci ildə yaradılmış hərbi hissələr və birləşmələr Kateqoriya:1920-ci ildə ləğv olunmuş hərbi hissələr və birləşmələr