Beyrut, Beyrut əməliyyatı və ya Geri dönüş nöqtəsi (; () Böyük Britaniyada) — 2018-ci ildə Toni Qilroyun yazdığı ssenari əsasında rejissor Bred Anderson tərəfindən çəkilmiş Amerika siyasi triller filmidir. Filmdəki hadisələr 1982-ci ildə Livanda vətəndaş müharibəsi zamanı cərəyan edir. Bu filmdə baş rolu oynayan Con Hemm on il əvvəl ailəsinin ölümünə görə məsuliyyət daşıyan yerli siyasi qrupdan keçmiş həmkarını xilas etmək üçün Beyrutda vəzifəsinə qayıdan keçmiş amerikalı diplomat rolunu oynayır. Filmdə həmçinin Rozamund Payk, Din Norris, Şey Uyiqem, Larri Payn və Mark Pelleqrino da rol almışdırlar.

Filmin premyerası 22 yanvar 2018-ci ildə Sandens Film Festivalı zamanı baş tutmuş və 11 aprel 2018-ci ildə ABŞ-də nümayiş olunmuşdur. Film tənqidçilər tərəfindən ümumiyyətlə müsbət rəylər almış və tənqidçilər filmi "qüsurlarına baxmayaraq həyəcanlı" adlandıraraq, Con Hemm və Rozamund Paykın çıxışlarını yüksək qiymətləndirmişdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Triller filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin müharibə filmləri Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Mərakeşdə çəkilən filmlər Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:Beyrutda çəkilmiş filmlər Kateqoriya:Asiyadakı terrorizm haqqında çəkilmiş filmlər Kateqoriya:Livanda çəkilmiş filmlər Kateqoriya:Dramlar Kateqoriya:1970-ci illər haqqında filmlər