Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Coğrafiyası Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.
Əhalisi Əhalisi 2454 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh. Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.
İqtisadiyyatı Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.
Din Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Hidrologiyası Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Talış dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.
Görkəmli şəxsləri Allahşükür Paşazadə — Şeyxülislam və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı. Əbdulqədir Cili — orta əsr sufi alimi.
Şəkillər
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri