Killa () — qədim yunan mifologiyasındakı personaj. Bir versiyaya görə, Laomedont və Strimonun qızı olmuşdur.Псевдо-Аполлодор. Мифологическая библиотека III 12, 3. Başqasına görə, o, Hekubanın bacısı, Fimetin həyat yoldaşı və Priamın sevgilisidir. Hekubanın Parisi dünyaya gətirdiyi gün Priamdan Munipp adlı bir oğul doğmuşdur. Həmin gün doğulan uşağın Troyanı məhv edəcəyi ilə bağlı peyğəmbərliyi alan Priam Killa və onun oğlunu öldürmüşdür.Ликофрон. Александра 320 и комм. Kompromis versiyaya görə, o, Priamın diri-diri basdırdığı bacısıdır.Гиндин Л. А., Цымбурский В. Л. Гомер и история Восточного Средиземноморья. М., 1996. С. 267.

İstinadlar

Kateqoriya:Qədim yunan mifologiyasında Troada Kateqoriya:Qədim yunan mifologiyasında qadın